• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bələdiyyələrdə gənclərin iştirakı

Bələdiyyələrdə gənclərin iştirakı

Yazar Ismayilli
//
15 iyul 2013
//
//
Oxunub 1567
//
Bələdiyyələrdə gənclərin iştirakı
29 iyun 2013-cü il tarixdə, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Bələdiyyələrdə gənclərin iştirakçılığının artırılması adlı layihənin icrası ilə əlaqədar tədbir keçirib.
Bələdiyyələrdə gənclərin iştirakı
Layihənin rəhbəri Fariz Budaqov tədbiri açaraq bildirib ki, layihənin məqsədi regionlarda gənclərin yerli özünüidarəetmə strukturlarının-bələdiyyələrin işində iştirakının artırılması, bələdiyyə-gənclər əməkdaşlığının gücləndirilməsinə dəstək verməkdir. O, İsmayıllı rayonunda fəaliyyət göstərən Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin layihəsinin icrasına təşkilatı dəstək verdiyini vurğulayıb.
Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri Nurəddin Mehdiyev gənclərin seçkilərdə iştirakı mövzusunda fikirlərini və tövsiyələrini çatdırıb.
Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli və GANİBin sədri Qüdrət Kazımov çıxışlarında rayon ərazisində yaşayan gənclərlə vaxtaşırı görüşdüklərini, fikir mübadiləsi apardıqlarını deyiblər.
Cülyan kənd bələdiyyəsinin sədri Pərviz Qədirov, Təzəkənd kənd bələdiyyəsinin sədri Azər Bağırov təmsil etdiyi kəndlərin gənclərinin problemləri barədə danışıb.
İştirakçılara köynəklər, bukletlər hədiyyə olunub. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Çinarə Bəhərçinli

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!