• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İlk partiya təşkilatlarında. Monolit siyasi güc Yeni Azərbaycan Partiyası

İlk partiya təşkilatlarında. Monolit siyasi güc Yeni Azərbaycan Partiyası

Yazar Ismayilli
//
15 iyul 2013
//
//
Oxunub 2856
//
İlk partiya təşkilatlarında
Monolit siyasi güc Yeni Azərbaycan Partiyası
YAP İsmayıllı rayon təşkilatı YAP Suvarma Sistemləri İdarəsi ərazi ilk partiya təşkilatında Zamanın sınağından çıxan monolit siyasi güc Yeni Azərbaycan Partiyası mövzusunda iclas keçirmişdir.
İclası giriş sözü ilə açan YAP Suvarma Sistemləri İdarəsi ərazi ilk partiya təşkilatının sədri Fazil Həsənov qeyd etdi ki, xalqımızın və ölkəmizin tarixində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin XX əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyasının yaranmasına rəhbərlik etməsi çox mühüm əhəmiyyətli siyasi hadisə kimi qiymətləndirilməlidir.

YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək bildirdi ki, müasir dövrdə ölkələrin qüdrəti onun siyasi, iqtisadi, hərbi gücü ilə yanaşı, həmin ölkələrdəki ictimai-siyasi sabitlik, demokratik mühitdə siyasi institutların formalaşması, fəaliyyəti, hakim partiya və ya partiyaların hansı səviyyədə ictimai dəstəyə malik olması və ümumilikdə, kadr potensialı ilə də ölçülür. Fəxr edə bilərik ki, geostrateji və geosiyasi əhəmiyyətinə görə dünyanın bütün aparıcı dövlətlərinin, qloballaşma və inteqrasiya mərkəzlərinin, beynəlxalq və regional təşkilatların diqqətini daim özünə cəlb edən müstəqil Azərbaycan Respublikası sadaladığımız bütün meyarlar baxımından Cənubi Qafqazın lider ölkəsidir.
Azərbaycanı bu səviyyəyə yüksəldən isə ulu öndər Heydər Əliyev siyasətini daim özünün siyasi xətti kimi uğurla davam etdirən, böyük tarixi şəxsiyyətin göstərdiyi yolla inamla irəliləyən Yeni Azərbaycan Partiyası və onun rəhbəri Prezident İlham Əliyevdir.
İnanırıq ki, bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində xalqımız ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, cənab Prezident İlham Əliyevə olan etimadlarını ona səs verməklə bir daha sübut edəcəklər.
Sonda partiyaya yeni qəbul olunanlara YAP-ın üzvlük vəsiqələri təqdim olunmuşdur.
Ramid Qasımov

Şərh əlavə et:
Комментарии к новости (26)

Şərh eəlavə et

------------ -----------
Free counters!