• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İnkişaf üçün iqtisadiyyat əsas götürülür

İnkişaf üçün iqtisadiyyat əsas götürülür

Yazar Ismayilli
//
15 may 2013
//
//
Oxunub 2230
//
İnkişaf üçün iqtisadiyyat əsas götürülür30 aprel 2013-cü il tarixdə iş adamları, sahibkarlar, rayonun hüdudlarından kənarda yaşayan elm adamları və ziyalılar Gənclər mərkəzinin iclas zalına toplaşmışdılar. Burada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans keçirilirdi. İsmayıllı rayon İcra Hakimiyyətinin AMEA-nın İqtisadiyyat İnstitutu və Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutu ilə birgə təşkil etdiyi konfransda İsmayıllı rayonunun resurs potensialı və inkişafın investisiya prioritetləri mövzusu müzakirə olunurdu.
Konfransı giriş nitqi ilə iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açmış, İsmayıllının yeni hazırlanmış sosial-iqtisadi inkişaf və investisiya proqramından, bu əsasda həyata keçirilən və perspektiv layihələrdən ətraflı danışmışdır.
AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru Əli Nuriyev Azərbaycan iqtisadiyyatının çoxşaxəli innovasiya yönümlü inkişafı və modernləşdirilməsi strategiyası, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev Ölkə Regionlarının tarazlı və davamlı inkişafında innovasiya və investisiya faktoru, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Sadıq Salahov Regional inkişafda investisiya cəlbediciliyi problemləri, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, professor Rəsul Balayev, İsmayılllı rayonunun resurs potensialı və onun fəallaşdırılmasının investisiya mühitinin xarakteristikası, İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahib Məmmədov Regional inkişafda ixtisaslaşma və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Zahid Qardaşov İsmayıllı rayonunun kənd təsərrüfatı və əmək ehtiyatları mövzusunda məruzə etmişlər.
Geologiya-minerologiya elmləri doktoru Hikmət Mahmudov iqtisadiyyat elminin bu formada yerlərə, insanlara yaxınlaşdırılmasını təqdir etmişdir.
Sonda fermerlərlə ayrıca seminar keçirilmişdir.
Valeh Salehov

Şərh əlavə et:
Комментарии к новости (6)

Şərh eəlavə et

------------ -----------
Free counters!