• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Alim Qasımov İsmayıllıda

Alim Qasımov İsmayıllıda

Yazar Ismayilli
//
15 may 2013
//
//
Oxunub 1872
//
Alim Qasımov İsmayıllıdaAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər ardıcıl davam edir. Hər gün bir təntənəli mərasimlə rayonun tarixinə parlaq səhifə yazılır. 05 may 2013-cü il tarixdə muğam dünyasının fatehi Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovun ümummilli liderin 90 illiyi ilə əlaqədar verdiyi konsert yubiley tədbirlərinin zirvəsinə çevrildi.
İsmayıllı ağsaqqalları, ağbirçəkləri, bütün ictimaiyyəti, xüsusilə 1981-ci ildə ümummilli lider Heydər Əliyevin İsmayıllıya səfərləri zamanı onunla görüşmüş insanların xahişi ilə Alim qızı Fərqanə xanımla İsmayıllı sakinləri qarşısında çıxışa gəlmişdi.
Alim Qasımov İsmayıllıdaKonsert Heydər Əliyev adına parkdakı Gənclər Mərkəzində baş tutdu. İki saat müddətində muğamlar Alim və Fərqanə Qasımovların ecazkar səsində duyğulara, hisslərə yeni qanad verdi. Alqış sədaları kəsilmədi. Dinləyicilər Alim Qasımovun muğam aləminə gətirdiyi yeniliklər qarşısında heyrətlərini gizlədə bilmədilər. Müxtəlif sənət və peşə sahibi olan 450 nəfər tamaşaçı muğam dünyasına səyahətdə bərabər oldu.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Alim Qasımova səmimi minnətdarlığını bildirdi və onu 3 aya əsaslı yenidənqurması başa çatacaq Mədəniyyət mərkəzində növbəti çıxışa dəvət etdi.
İsmayıllı xəbərləri

Şərh əlavə et:
Комментарии к новости (5)

Şərh eəlavə et

------------ -----------
Free counters!