• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Oxuyur ustad Alim

Oxuyur ustad Alim

Yazar Ismayilli
//
15 may 2013
//
//
Oxunub 1460
//
Oxuyur ustad Alim
Oxuyur ustad Alim

Oxuyur ustad Alim,
Bulaq zümzüməsində.
Muğam od tutub yanır,
Onun zənguləsində.

Bu səs qeybdən gəlir,
Mələklərin gözəli.
Gül açıb, lalələnir,
Füzulinin qəzəli.

Bir hicran gecəsində,
Yanır fələklər ahdan!
Sanki Günəş boylanır,
Ala gözlü sabahdan!

Oxuyur ustad Alim,
Bənzəri yox heç kəsə.
Quşlar budaq üstündə,
Qoşulurlar bu səsə.

O qaval qalxanıdır,
Döyüş, vuruş, həm savaş!
Cavanşir daş qaladan!
Enir lap yavaş-yavaş!

Toxuyur ustad Alim,
Əlvan xalı Rast, Segah,
Yerdə insan dinləyir,
Göylərdə isə Allah!
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!