• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Xalqın qəlbində yaşayan lider

Xalqın qəlbində yaşayan lider

Yazar Ismayilli
//
15 may 2013
//
//
Oxunub 1575
//
Xalqın qəlbində yaşayan liderBu günlərdə ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi böyük coşqu və təntənə ilə qeyd olunur. Aprelin 23-də Soltankənd kənd tam orta məktəbinin iclas zalında müəllim, şagird kollektivinin və valideynlərin iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar xatirə tədbiri keçirildi. Dövlət himni səsləndirildi və tədbir açıq elan olundu. Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin anılması ilə başladı.
Giriş sözü ilə məktəbin direktoru Sabir Məhərrəmov çıxış etdi və xalqın qəlbində taxt quran ümummilli lider Heydər Əliyev həyatının müxtəlif dövrləri haqqında tədbir iştirakçılarına məlumat verdi. Xalqımızın tale yüklü məsələlərinin həllində, doğma Azərbaycanımızın bugünkü yüksəlişinin təməlinin qoyulmasında müstəsna xidmətləri olduğunu vurğuladı. Məktəbin tarix müəllimi Ağasəf Lətifov Azərbaycan tarixinin XX əsirin 70-80-ci illərindəki və XXI əsrin əvvəlindəki zaman dönəmində Heydər Əliyevin əvəzedilməz rolundan respublikamıza və xalqımıza yönəldilmiş ədalətsizliklərə qarşı dik duruşu, sərt mübarizə əzmindən, onun ictimai-siyasi fəaliyyətindən bəhs edən məruzə ilə çıxış etdi. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Turab Nağıyev ümummilli lider Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının, təhsilinin mədəniyyətinin və incəsənətinin inkişafında misilsiz xidmətlərindən, onun tələbələrə, müəllimlərə, həkimlərə, elm və incəsənət xadimlərinə, şair və yazıcılara, eləcə də digər peşə və sənət adamlarına, yaşlılara göstərdiyi diqqət və qayğıdan danışdı.
Bundan sonra söz İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru, qabaqcıl təhsil işçisi Yaşar Nuriyevə verdi. Natiq Heydər Əliyev haqqındakı xatirələri dinləyicilərdə böyük marağa səbəb oldu. O bildirdi ki, dəfələrlə Ulu öndəri görüb həmsöhbət olmuş, tələbəlik illərində Heydər Əliyev tərəfindən hədiyyə ilə şəxsən təltif olunmuşdur. Y.Nuriyevin Heydər Əliyevin həm Sovet dönəmində həm də müstəqilliyin ilk və sonrakı illərində İsmayıllı rayonuna səfəri və İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı ilə bağlı məlumatları da diqqətlə dinlənildi. O qeyd etdi ki, İsmayıllı Ulu öndərin, indi isə hörmətli prezidentimiz İlham Əliyevin həmişə diqqət və qayğısını hiss etmişdir.
Valideynlərdən Telman Süleymanov Heydər Əliyevin Azərbaycanın bütün problemləri ilə ciddi məşğul olduğunu, hətta, bu yolda həyatını təhlükəyə atdığını bildirib. O qeyd etdi ki, Ulu öndər qaçqın və köçkünlərə həmişə qayğı göstərirdi və bu ənənə bu gün də davam edir.
Tədbirin yekununda məktəbin müəllim və Şagird kollektivinin yaxın günlərdə Heydər Əliyevin İsmayıllı şəhər mərkəzindəki abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət edilməsi qərara alındı.
Slavik Əhmədov,
Soltankənd kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!