• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Növbəti qəbul günündə

Növbəti qəbul günündə

Yazar Ismayilli
//
23 mart 2013
//
//
Oxunub 1756
//
Növbəti qəbul günündəMart ayının 14-də RİH başçısı Mirdaməd Sadıqov 150 nəfərdən artıq rayon sakinini qəbul etmişdir. Qəbula gələnləri salamlayan başçı iş tapmaq məqsədi ilə qəbula gələnlərə ayın 17-də keçiriləcək əmək yarmarkasında iştirak etməyi məsləhət gördü. Başçı bildirdi ki, müxtəlif sahələr üzrə iş axtaranlara həmin gün 400 iş yeri təklif olunacaqdır.
Növbəti qəbul günündəSağlamlığından, imkansızlığından şikayətlənən, mülkiyyət hüququna görə bəzi sənədlərin hazırlanmasında çətinliyi olanları diqqətlə dinləyən Başçı hər kəsin kiməsə, harasa güvənərək yaşamasının heç vaxt problemsiz olmadığını bildirmişdir. O qeyd etmişdir ki, maliyyə yardımları hesabına normal yaşayış tərzinə sahib olmaq mümkünsüzdür. Tarix boyu hərəkəti olanın bərəkəti olmuşdur. Yaxın gələcəkdə rayonda işsizliyin ləğvi məqsədi ilə bir sıra istehsal müəssisələri fəaliyyətə başlayacaqdır. Onlardan bir neçəsinin yeri müəyyən edilmiş, bir neçəsinin isə bünövrəsi qoyulmuşdur. İşsizlik ən böyük sosial bəladır. İsmayıllıda başlıca vəzifəmiz işəqadir hər bir insanın işlə təmin olunmasına istiqamətlənəcəkdir. Hər kəsin arzuladığı rahatlıqda özünün zəhmət payı olmalıdır. Özgə hesabına yaşamağa can atanlar hər yerdə üzüntü ilə üzləşəcəklər. Bu danılmaz həyat həqiqətidir.
Başçı sənədləşmə məsələlərində problemləri olanlara hüquq xidməti göstəriləcəyini söyləyib. Bir sıra digər problemlərin həllini aidiyyatı müəssisə və təşkilatların rəhbərlərinə ciddi tapşırıqlar verilib.
İsmayıllı xəbərləri

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!