• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Problemlər diqqətə çatdırılıb

Problemlər diqqətə çatdırılıb

Yazar Ismayilli
//
23 mart 2013
//
//
Oxunub 2774
//
Problemlər diqqətə çatdırılıbProblemlər diqqətə çatdırılıb
Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq İsmayıllı rayonunun kəndlərində sosial problemlərin həlli istiqamətində aparılan tədbirlərin gedişilə maraqlanmaq üçün mütamadi olaraq sakinlər ilə görüşlər keçirilir.
Növbəti görüş mart ayının 14-də Qalıncaq kəndində olub.
Qısa arayış:
Qalınçaq inzibati ərazi dairəsi (İƏD) Qalınçaq, Mücühəftaran və Göytəpə kəndlərini əhatə edir. İƏD-in ərazisi 2982 hektardır. Ərazidə 2727 nəfər yaşayır. Bunlardan 1955 nəfəri Qalınçaq, 428 nəfəri Göytəpə, 344 nəfəri isə Mücühəftaran kəndinin sakinidir.
İcra nümayəndəliyinin ərazisində iki tam orta, bir ümumi orta məktəb fəaliyyət göstərir. Qalınçaq kəndində 357 şagirdin təlim-tərbiyəsi ilə 34 müəllim, Mücühəftəran kənd tam orta məktəbində 45 nəfər şagirdin təlim-tərbiyəsi ilə 15 müəllim, Göytəpə kəndində isə 73 şagirdin təlim-tərbiyəsi ilə 14 müəllim məşğul olur.
Qalınçaq kəndində bir klub, bir kitabxana, bir poçt şöbəsi, bir ATS vardır. Qalınçaq kəndinin tibb məntəqəsi Mücühəftaran, Göytəpəvə Xanagah kəndlərinin sakinlərinə xidmət göstərir.
Nümayəndəliyin ərazisində 35 ailədə 197 məcburi köçkün yaşayır. Əhalinin məşğuliyyəti maldarlıq və əkinçilikdir. Bağçılıq, quşçuluq və üzümçülük də əmək fəaliyyəti sahələridir.
Sakinlər ilə görüşdə RİH başçısı Mirdaməd Sadıqovla bərabər hüquq-mühafizə orqanları və xidmət idarələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Problemlər diqqətə çatdırılıbÇıxış edən kənd sakinləri ölkədə və rayonda həyata keçirilən iqtisadi-inkişaf kursunu dəstəklədiklərini və prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini ifadə ediblər. Rayonda başlanmış quruculuq-abadlıq işlərindən razılıqlarını bildiriblər. Eyni zamanda kənddə yeni xəstəxana, məktəb və kitabxana binalarının tikilməsinə və yolların təmirə ehtiyacı olduğu, içməli su çatışmazlığı da problem kimi diqqətə çatdırılıb.
Görüşdə çıxış edən RIH başçısı Mirdaməd Sadıqov ölkədə əldə olunan nailiyyətləri sadalamaqla bu uğurların Heydər Əliyev siyasi kursunun məntiqi nəticələri olduğunu bildirib və bu siyasətin uğurla davam etdiriləcəyini söyləyib. İcra başçısı son vaxtlar kənddə baş verən müsbət dəyişikliklərdən razılığını bildirib, insanların işgüzarlığını artırmaq sahəsində görüləsi işlərdən danışıb, əlaqədar təşkilatların rəhbərlərinə kənd sakinlərinin qayğı və problemlərinin həlli ilə əlaqədar bir sıra göstərişlər verib. Yaxın vaxt üçün icrası nəzərdə tutulan işlər müzakirə mövzusu olub.
"İsmayıllı xəbərləri

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!