• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Sözünü deyən görüntülər

Sözünü deyən görüntülər

Yazar Ismayilli
//
23 mart 2013
//
//
Oxunub 1381
//
Sözünü deyən görüntülərMart ayının 16-da İsmayıllı şəhərində RİH başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə İsmayıllıdan olan hüquqşünaslar, elm, sənət, iş adamları bir araya gələrək rayonun sosial-iqtisadi vəziyyətini müzakirə edib, inkişafa istiqamətlənən təklifləri ümumiləşdiriblər.
Gənclər Mərkəzinin iclas zalında keçirilən tədbirdə 400-ə yaxın həmyerlimiz iştirak edib. Onlardan 160 nəfəri dəvətlilər olub.
Görünən kəndə bələdçi nə lazım fikri ilə 10 dəqiqəlik video-çarx nümayiş etdirilib. Zalda əyləşənlər İsmayıllının illərlə unudulmuş, gözdən uzaq, könüldən iraq görüntülərini ürək ağrısı ilə izləyiblər. Sözünü deyən görüntülərGörüntülərdə təhsil, səhiyyə, mədəniyyət sahəsində, yollar, meşələr, sosial obyektlər və inzibati binalarda mövcud vəziyyət tədbirin iştirakçılarına təqdim olunub. Təqdim olunan lentə qısa şərh verilib. Təhsil ilə görüntülərin təqdimatına başlamaqda məqsədin isə bu sahənin rayonda dinamik inkişafından irəli gəldiyi qeyd olunub. Bununla belə, rayon məktəblərinin bir çoxunda olan şəraitlə 21-ci əsrdə yaşadığımıza inanmaq olmur. İsmayıllı əhalisinin intellektual səviyyəsinin və təhsilə marağının yüksək olduğu hamıya məlum olsa da, təhsilin maddi bazası video kadrlardan göründüyü kimi, bu səviyyə ilə tərs mütənasibdir.
Səhiyyə sahəsinə gəldikdə, İsmayıllı rayonunda 3 xəstəxana fəaliyyət göstərildiyi vurğulanıb. Rayonda cəmi 133 nəfər həkim çalışır. Şəhərdəki tibb müəssisələrinin bugünkü vəziyyətini video kadrlardan müşahidə etdikdən sonra kənd xəstəxanalarının vəziyyətini təsəvvür etmək çətin deyil. Təəssüf ki, Mərkəzi xəstəxanada müasir şəraitin olmaması əhalini müayinə və müalicə üçün qonşu rayonlara üz tutmağa məcbur edir. Sözünü deyən görüntülər
Mədəniyyət sahəsində ürək açan bir mənzərə təqdim etmək olmur. İsmayıllı rayonunda 3 muzey, 49 kitabxana var. Kənd klublarının çoxu acınacaqlı vəziyyətdədir. Hətta, İsmayıllı Mədəniyyət Mərkəzində aparılmış çəkilişlər də deyilənləri təsdiqləyir. Uşaq İncəsənət Məktəbinin təmirinə, eyni zamanda şəhərdə daha bir incəsənət məktəbinin tikintisinə ehtiyac var. Bu həm də gənclərin, yeniyetmələrin asudə vaxtının təşkili, istedadların üzə çıxarılması və inkişaf elətdirilməsi üçün vacibdir. Mədəniyyət ocaqlarında çəkilən video kadrlar dediklərimizə ən yaxşı sübutdur.
Meşələr haqqında söz deyildikdə məhv edilmiş İsmayıllı təbiəti nümayiş etdirilib. Qeyd olunub ki, Tanrı İsmayıllıya gözəl təbiət bəxş edib. Təəssüf ki, meşələrin çoxu qırılıb və Milli park kimi özəlləşdirilib. Meşələr sağlamlığımızın göstəricisidir. Akademik Həsən Əliyev sanki İsmayıllı meşələrini nəzərdə tutaraq yazıb: Meşələr ərazidəki sivilizasiyanın taleyini müəyyənləşdirir. Qırılan meşələr qısalan ömrümüz, azalan suyumuz, ayağımızın altından qaçan torpağımızdır.
Yollarımız nümayiş olunduqda şəhər ərazisindəki bərbadlığın təbii ki, müvəqqəti hal, su-kanalizasiya işləri ilə bağlı olması bildirilib. Kəndlərə gedən və kənddaxili yollara isə bu arqumentlə yanaşmaq olmur.
Ümummilli lider H.Əliyev demişdir: Yol iqtisadiyyat, yol mədəniyyət, yol həyat deməkdir. Diqqətinizə çatdırılan bu yollar iqtisadiyyatımızı, mədəniyyətimizi həmçinin bugünkü həyatımızı açıq-aydın əks etdirir.
Sözünü deyən görüntülərSosial obyektlər və inzibati binalarla bağlı məlumatlar da qonaqların rahatlığını xeyli pozub. 1978-ci ildə - rayon əhalisi 53,8 min nəfər olan zaman 10 məktəbəqədər müəssisə var idisə, həmin rəqəm bu gün də dəyişməz qalıb. Nədənsə, bəzi bağçalar özəlləşdirilib.
Ənənəvi sənətkarlıq sahəsi olan kəlağayı istehsalına bugünkü münasibət Bu sahə niyə bərpa olunmasın?- sualını ortaya qoyub.
İsmayıllı şəhəri ərazisində gördüyümüz bərbad vəziyyətdə olan müəssisələrin kimlərəsə satılıb-satılmaması müəyyənləşdirildikdən sonra onların bərpası - zəruri təyinatlı, gəlir gətirən müəssisələr kimi bərpası qarşıya məqsəd qoyulmalıdır. Keçmiş Texniki-Təmir Mərkəzi məhz belə ərazilərdəndir. Yağ-süd zavodunun ümumi vəziyyəti görülməli işlərin çoxluğundan xəbər verir. Avtovağzal binasının qeyri-münasib yerdə salınması, rentabelli olmaması, antisanitariyası rayona cənub tərəfdən daxil olan qonaqlarda arzuolunmaz təəssüratlar yaradır.
Sözünü deyən görüntülərTurizm üçün perspektivləri olan rayonumuzda motellərin xidmətləri lazımi səviyyədə deyil.
Zəlzələdən sonra inşasına başlanılmış Ziyalılar evinin acınacaqlı vəziyyəti ziyalıları xüsusilə kövrəldir.
Göstərilən video kadrlarda ticarət obyektlərinin əksərində, Mərkəzi bazarın və onun ətrafında antisanitariya vəziyyəti dözülməz, ticarət mədəniyyətinin aşağı olması qeyd olunub.
Görüntülər öz sözünü desə də, çıxışlarda vəziyyətdən çıxmağın yolları araşdırılıb.
Fotolar Aydınındır
Şahməmməd Soltanov

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!