• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Vergi Məcəlləsinə əlavə və dəyişikliklər

Vergi Məcəlləsinə əlavə və dəyişikliklər

Yazar Ismayilli
//
23 mart 2013
//
//
Oxunub 1619
//
Vergi Məcəlləsinə əlavə və dəyişikliklərMəlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli, 509-IVQD nömrəli Qanunu və bu Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli, 802 nömrəli Fərmanı imzalanmışdır. Həmin fərmanın icrasının təmin edilməsi məqsədilə vergilər nazirliyi nazirliyin strukturlarına müvafiq tapşırıqlar vermiş, o cümlədən qeyd olunan Qanunun və Fərmanın tələblərindən irəli gələn məsələlər barədə vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı tədbirlərin görülməsi tapşırmışdır.
Bu dəyişikliklərin 2013-cü ilin yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq 10 saylı Ərazi Vergilər İdarəsi ərazinin əhatə dairəsində fəaliyyət göstərən vergi ödəyicilərini maarifləndirmək məqsədilə onlarla görüşlər keçirir. Növbəti belə görüş İsmayıllı şəhərində maliyyə şöbəsinin akt zalında keçirilmişdir. Tədbiri giriş sözü ilə açan İsmayıllı RİH başçısının müavini Rövşən Ağayev respublikada sosial-iqtisadi sahədə həyata keçirilən iri miqyaslı layihələr haqqında danışmış və onların icrasında vergilərin xüsusi əhəmiyyəti olduğunu qeyd etmişdir. Sonra vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi İntiqam Hidayətzadə Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsasən vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və mənafelərinin qorunması, vergi güzəştlərinin artırılması, vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsini əhatə etdiyini bildirmiş, dəyişiklikləri hər bir maddə üzrə izah etmişdir.
Sonda vergi ödəyicilərini maraqlandıran suallara aydınlıq gətirildi.
İsmayıllı xəbərləri

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!