• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Atıcı qızlarımızın bayram töhfəsi

Atıcı qızlarımızın bayram töhfəsi

Yazar Ismayilli
//
23 mart 2013
//
//
Oxunub 1550
//
Hər il olduğu kimi, bu il də İsmayıllı rayon Təhsil Şöbəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsi, Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı (HVMH) Məhdud Məsuliyyətli Cəmiyyətin (HVMH) İsmayıllı rayon Mütəxəssis Hazırlığı Məktəbi (MHM) ilə birlikdə 7 mart 2013-cü il tarixdə ümumtəhsil məktəblərinin qızları arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş güllə atıcılığı üzrə rayon birinciliyi keçirildi.
Yarışın əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yarışı giriş sözü ilə Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Məhdud Məsuliyyətli Cəmiyyətin İsmayıllı rayon Mütəxəssis Hazırlığı Məktəbinin direktoru Məmmədxan Muradəliyev açdı, bu yarışın əhəmiyyəti haqqında gənc atıcı qızlara məlumat verdi, onları bayram münasibətilə təbrik etdi və idmançılara uğurlar dilədi.
Təzəkənd tam orta məktəbinin GÇH müəllimi, Azərbaycan Bayrağı ordenli Eynulla Bağırov, QMƏVŞA İB-nin sədri Vidadi Zərbiyev, İsmayıllı şəhər 3 saylı tam orta məktəbinin GÇH müəllimi Oqtay Əliyev atıcıları təbrik edərək onlara uğurlar dilədilər.
Yarışda şəhər məktəbləri ilə yanaşı, bir neçə kənd məktəblərinin də komandaları iştirak edirdilər.
Baş hakim Məmmədxan Muradəliyev yarışın gedişi və təhlükəsizlik qaydaları haqqında məlumat verərək başlandığını bildirdi.
Yarış gərgin idman mübarizəsi şəraitində keçərək başa çatdı.
Yarışın yekununda: I yeri Aygül Ağakərimova (İsmayıllı şəhər 4 nömrəli tam orta məktəb), II yeri Leyla Mayılova (Talıstan kənd tam orta məktəbi), III yeri Nuranə Abdullayeva (Cülyan kənd tam orta məktəbi) tutdular.
Qaliblər Gənclər və İdman İdarəsinin, eləcə də Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Məhdud Məsuliyyətli Cəmiyyətin İsmayıllı rayon Mütəxəssis Hazırlığı Məktəbinin qiymətli hədiyyələri və diplomları ilə mükafatlandırıldılar.
Tahir Abdullayev

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!