Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25-26 avqust 2018-ci il tarixlərdə İsmayıllıya səfərinə, sərəncam, tapşırıq və tövsiyələrinin icrasına həsr olunmuş fəallar yığıncağı iştirakçılarının Müraciəti Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə Möhtərəm cənab Prezident!
Biz – 25-26 avqust 2018-ci il tarixlərdə İsmayıllıya etdiyiniz səfərə, sərəncam, tapşırıq və tövsiyələrinizin icrasına həsr olunmuş fəallar yığıncağı iştirakçıları bütün İsmayıllı əhalisinin Sizə olan dərin hörmət, ehtiram və məhəbbətini ifadə edərək minnətdarlıqla bildiririk ki, Siz rayonumuza yeni yüksəliş ruhu, coşqun fəaliyyət, milli və dövlət bayramları səviyyəsində sevinc gətirdiniz.
Dəmirçi-Lahıc, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Minkə-Şəbiyan-Bəhliyan asfalt yollarının, Lahıc qəsəbəsində 400 yerlik məktəb binasının, eyni zamanda 5 kəndə təbii qaz verilişinin, rayon elektrik şəbəkəsinin, xalça fabrikinin, Kürdmaşı kəndi ərazisində Aqrokompleksin, Keyvəndi kəndində müasir heyvandarlıq kompleksinin açılışını etməklə rayonumuza yeni həyat, firavan sabah, daha xoşbəxt gələcək bəxş etdiniz. Təkrarən fəxr etdik, qürur duyduq ki, Sizin qüdrətli rəhbərliyinizlə idarə olunan Azərbaycanın vətəndaşıyıq, böyük dəyər verdiyiniz İsmayıllının sakinləriyik.
Möhtərəm cənab Prezident!
İsmayıllıdakı səmimi görüşlərinizdən doğan sevinci şərəfli ünvanınıza minnətdarlıqla yaşadığımız bir zamanda – səfərinizdən dərhal sonra İsmayıllı şəhərində 48 mənzilli yaşayış binasının, xalça fabrikinin və uşaq bağçasının tikintisi barədə verdiyiniz sərəncamları alqışlarla qarşıladıq. Həmin sərəncamları səfəriniz zamanı verdiyiniz tapşırıq və tövsiyələrlə birgə rayonumuzun uzun illərə hesablanmış hərtərəfli inkişaf proqramı olaraq qəbul etdik. Bu gün toplaşdığımız fəallar yığıncağı həmin proqramları müzakirə etdi, dəqiqləşdirdi, icrası üçün tədbirlər müəyyənləşdirdi.
Möhtərəm cənab Prezident!
Həmişə dövlətə xidmətin ön sıralarında möhkəm qərarlaşan, sərəncam, göstəriş və tapşırıqlarınızı məsuliyyətlə yerinə yetirən İsmayıllılar adından bir daha Sizə hədsiz minnətdarığımızı, dərin hörmət və ehtiramımızı bildiririk. Sizi qətiyyətlə əmin edirik ki, İsmayıllı verdiyiniz dəyərə layiq olacaq, qarşıya qoyduğunuz bütün vəzifələri ləyaqətlə sona qədər yerinə yetirəcəkdir.
Çox sağ olun, cənab Prezident! Sizə ailənizlə birgə möhkəm can sağlığı, davamlı ömür, xoşbəxtlik, Ali Baş Komandanlığınızla qazanılacaq Böyük qələbə sevincini yaşamağı arzulayırıq. Allah Sizi, Azərbaycanımızı qorusun. Tanrı sizə yar olsun.
Dərin hörmət və ehtiramla,
25-26 avqust 2018-ci il tarixlərdə İsmayıllıya səfərinizə, sərəncam, tapşırıq və tövsiyələrinizin icrasına həsr olunmuş fəallar yığıncağının iştirakçıları
31 avqust 2018-ci il
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter