Prezidentin misgər dostu » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Prezidentin misgər dostu

Uca dağlar qoynunda yerləşən Lahıc bineyi-qədimdən sənətkarlar diyarı olmuşdur. Məşhur Lahıc ustalarının hazırladıqları mis qablar, silahlar, suvenirlər, xalça və xalılar indi də Parisdə, Londonda, Sankt-Peterburqda, digər xarici ölkələrdə muzeylərin, sərgilərin, salonların bəzəyi sayılır. Prezidentin misgər dostu                     Lahıc bu gün də öz tarixi adət-ənənəsini yaşatmaqdadır. Bu gün də Lahıc misgərlərinin adını dünyada yaşadan, qızıl əllərilə mis qablara öz qəlbinin hərarətini nəqş edən, milli ornomentlərlə qədim Azərbaycan tarixini yaşadan və tərənnüm edən el sənətkarları, ustadlar və ustalar vardır. Onlardan biri də ömrünün ən çağlayan illərini yaşayan, istər sənətkarlıqda və müəllimlikdə, istərsə də təlim-tərbiyədə və insanpərvərlikdə başqalarına nümunə olan Nəzər Əliyevdir.
Nəzər müəllimlə ilk təmasda olan hər bir şəxs onun gülər üzündən, Ay kimi işıq saçan parlaq gözlərindən, çəkic vurmaqdan qabar-qabar olmuş əllərindən, insana olan məhəbbətindən hiss edir ki, o, nə qədər zəhmətkeş adamdır. Böyük Nizami Gəncəvi necə də gözəl demişdir:

Elmlə, ədəblə tapılar şərəf,
Mirvari olmasa, nə lazım sədəf?

Deyirlər, yaxşı sənətkarın yaxşı da dostları olur. Nəzər müəllim də belələrindəndir. Bilirsiniz, qabar-qabar olmuş barmaqları, mis döymə üzərində xarüqə yaradan əlləri, bir-birindən uğurlu keçən ayları, illəri ona nə qədər şan-şöhrət gətirmiş, onu haralara aparıb çıxarmışdır?! Dəfələrlə Nəzər Əliyevin sərgilərdə, baxışlarda, nümayişlərdə, bayram tədbirlərində əl işlərini, fitri istedadını görmüş ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva onun ustalığına yüksək qiymət vermişlər. Fransada, Londonda, İtaliyada və digər ölkələrdəki dünya sənətkarları sərgilərində onun iştirakını təşkil etmişlər. Usta Nəzər də həmişə bu sərgilərdən müxtəlif təltiflərlə, yüksək mükafatlarla qayıtmışdır.
Prezidentin misgər dostu
Prezidentin misgər dostu
Prezidentin misgər dostu
Nəzər müəllimin ən ali adamlarla, rəhbərlərlə dostluğuna əyani bir fakt: Avqust ayının 26-da Dəmirçi-Lahıc magistral yolunun, Lahıc qaz kəmərinin və möhtəşəm Lahıc məktəbinin açılışında iştirak edən Prezident İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva yerli sakinlərlə səmimi görüş zamanı onlar bir daha nümayiş etdirdilər ki, Lahıcı və lahıclıları nə qədər ürəkdən sevir və onların arzularına əməl edirlər. Xüsusilə, Prezidentimizin “Mən Nəzərə söz vermişdim ki, Lahıca da gələcəyəm, sizin evinizə də. Budur, gəldim”, - deməsi onun nə qədər böyük ürək sahibi olduğunu sübut etdi.
Mehriban xanım da onları salamlayırdı.
Görüş zamanı ev yiyəsinin xanımı dedi: “Xoş gəlmisiniz! Ad gününüzü təbrik edirik, Mehriban xanım!”
Prezident xanımı ilə usta Nəzərin evinə daxil olanda ailənin başçısı Hacı xanım Püstə, ustanın ailəsi, övladları və nəvələri nə qədər sevindilər?! Püstə ananın dediyi bu sözlər uzun müddət istər Əliyevlər ailəsinin, istərsə də bütün dinləyənlərin qəlbində yaşayacaqdır: “Xoş gəlmisiniz, cənab Prezident və xanım Mehriban Əliyeva! Bu, böyük xoşbəxtlikdir ki, Siz bizim evimizə gəlmisiniz”. Sonra birlikdə şəkil çəkdirdilər.
Prezident İlham Əliyevin, onun xanımı Mehriban Əliyevanın bu ailənin üzvləri ilə səmimi görüşləri, hər biri ilə hal-əhval tutmaları, sadə bir sənətkar ailəsinə bu qədər hörmət və məhəbbət bəsləmələri bir daha onların böyüklüyündən, alicənablığından, xalqa bəslədikləri sonsuz qayğı və məhəbbətdən xəbər verirdi.
Onu da qeyd edək ki, Nəzər Əliyev Lahıcda sadə bir sənətkar ailəsində doğulmuşdur. Ailədə dörd qardaşdırlar. Ən böyükləri Nəzərdir. Onlar oxumağı da, sənətkarlığı da, müəllimliyi də böyük qardaşlarından öyrənmişlər. Hələ yeniyetmə yaşlarına çatmamış onların ataları faciəli surətdə həlak olmuşdur. Bu böyük ailə anaları Püstə xanımın himayəsində qalmışdır. O da saçının birini ağ, digərini qara hörərək min bir əzabla axır ki, övladlarını böyüdüb, boya-başa çatdırmışdır.
Sonralar Bakı Dövlət Universitetinin məzunu Nəzər Əliyev Lahıc orta məktəbində riyaziyyat müəllimi, 14 il Lahıc Dövlət Qoruğunun rəisi olmuş, sənətkarlıqda ad-san qazanmışdır. İkinci qardaş Rövşən Əliyev də ADPU-nun fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirərək qəsəbə orta məktəbində müəllim işləmiş, Əməkdar müəllim fəxri adına layiq görülmüş, bir sıra dərsliklərin hazırlanmasında iştirak etmiş, müxtəlif layihələrin həyata keçirilməsində fərqlənmişdir. Hazırda o, Lahıc bələdiyyəsinin sədridir. Ailənin digər üzvləri də qardaşları kimi işgüzar, bacarıqlı, sənətkar, böyük hörmət və nüfuz sahibidirlər.
Prezident İlham Əliyevlə dostluğundan hədsiz məmnun olan, hətta onun sənətkarlığına dəyərli qiymət verən ölkə başçısının bu gəlişini, bu görüşünü ömrünün ən xoş, ən yadda qalan anları adlandıran Nəzər Əliyev öz qəlbinin sevincini indi belə bölüşdürür:
- Sağ olsun, belə bir Prezident ki, məni kimi sadə bir misgərin əməyini yüksək qiymətləndirərək, onu sayaraq evinə qonaq gəlmiş, ailəsini sevindirmiş, qəlbini dağa döndərmişdir. Belə bir ölkənin belə bir insanpərvər, nüfuzlu Prezidenti ilə kim öyünməz, axı?! Allah onu qorusun!
Qoy uzun müddət hələ qalan arzularımızın da həyata keçirilməsində Allah Sizə kömək olsun, cənab Prezident!
Dediyimiz kimi, indi ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinin abadlıq və quruculuq işlərinin layiqli davamçısı olan cənab İlham Əliyevin gərgin səyi nəticəsində böyük sənətkarlar diyarı sayılan Lahıc əsl şəhərə çevrilmişdir. Onun göz oxşayan geniş yolları, mavi qazı, aləmi nura qərq edən işığı və s. indi zülmət gecələri gündüzə çevirmiş, turistlərin, bütün şəhər və rayonların bu tarixi diyarla əlaqəsini ilin bütün aylarında bərpa etmişdir.
Əlbəttə, bu sahədə bütün elmini, qüvvə və bacarığını, vətənpərvərlik borcunu heç vaxt əsirgəməyən, öz el-obasının qayğısını çəkən böyük alim, elm xadimi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun da sonsuz zəhməti və axtarışları vardır. Sağ olsun, öz elinin, öz yurdunun təəssübünü çəkən belə Vətən oğulları!
İldırım Gülalı oğlu
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter