İsmayıllıda “Bilik günü” » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İsmayıllıda “Bilik günü”

Məlum olduğu kimi Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Əmrə əsasən Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla 15 sentyabr 2018-ci il tarixində qeyd edilib.İsmayıllıda “Bilik günü”                 Yeni dərs ilinin başlanması münasibətilə İsmayıllı rayonunun 79 ümumtəhsil məktəbində tədbirlər keçirilib. İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova iştirak ediblər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov şəhər 1 nömrəli tam orta məktəbinin və rayonun bütün ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivini “Bilik günü” münasibətilə təbrik edib. Qeyd olunub ki, rayon üzrə 2018-2019-cu tədris ilinin məzunlarından 360 nəfər ali məktəblərə qəbul olunub. Tələbə adını qazananlardan hər il ənənəvi olaraq 1 nəfər 700 bal, 37 nəfəri 600-dən, 49 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Valideynlər də çıxış edərək övladlarına, onların təhsilinə diqqət və qayğı göstərən dövlətimizə, onun başçısına minnətdarlıqlarını ifadə ediblər.
G.Mirzəliyeva
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter