Üç kənddə görüş-qəbul » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Üç kənddə görüş-qəbul

İsmayıllı rayonunun Qalınçaq kəndi son illər daha geniş miqyasda inkişaf sürətinə yiyələnib. İçməli su, qaz və enerji təchizatı problemləri müvəffəqiyyətlə həll olunub. Buraya və inzibati ərazi dairəsinə daxil olan Göytəpə və Mücühəftəran kəndlərinə asfalt yol çəkilib. İntensiv bağçılığa xüsusi diqqətlə yanaşılır. Dövlətimizin və ölkə rəhbərinin qayğısının bariz nümunəsi olan tam orta məktəbin yeni binası təlim və tərbiyənin yüksək nəticəli təşkili üçün optimal şərait yaradıb.Üç kənddə görüş-qəbul                   Üç kənddə görüş-qəbul
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalınçaq kənd tam orta məktəbinin akt zalında keçirdiyi görüş-qəbul zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya səfərindən, açılışını etdiyi obyektlərdən, səfərin yaratdığı ruh yüksəkliyindən və dövlət başçısının sərəncam, tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar fəaliyyət proqramı və tədbirlər planı hazırlanmasından, onların icrası üçün müəyyənləşdirilmiş yollardan ətraflı danışıb.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov uğurlarla yanaşı, görüləcək işlərdən də bəhs edib.
İştirakçılar kəndin kənarında yeni tikilmiş evlərə qaz çəkilməsinə, Qalınçaq-Xanagah yolunun işlək vəziyyətə gətirilməsinə, şirə zavodunun işə salınmasına, yeni transformator qoyulmasına, istifadə müddəti başa çatmış elektrik dirəklərinin dəyişdirilməsinə köməklik göstərməyi xahiş ediblər. Qaldırılan məsələlərlə əlaqədar aid qurumlara müvafiq tapşırıqlar verilib.
Elə həmin gün RİH-nin başçısı M.Sadıqov Qalınçaq kənd inzibati ərazi dairəsinin Mücühəftəran və Göytəpə kəndlərinin sakinləri ilə də görüşüb. Mücühəftəranda mavi yanacağın olmaması, Göytəpə kəndində isə istismar müddəti başa çatmış elektrik dirəklərinin yaratdığı narahatlıqdan söz açılıb.
Rayon rəhbərliyi səviyyəsinədə həlli mümkün məsələlər üzrə aidiyyəti idarə rəhbərlərinə tapşırıqlar verilib.
Valeh Salehov
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter