100 il qanun keşiyində » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

100 il qanun keşiyində

Sentyabr ayının 13-də İsmayıllı rayon prokurorluğunda Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 100 illiyi və bu orqanda çalışanların peşə bayramı münasibəti ilə rayon prokurorluğunun akt zalında yığıncaq keçirilib. 100 il qanun keşiyində                      Yığıncaqda İsmayıllı rayon prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri Tural Yusifov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, İsmayıllı Rayon Polis Şöbəsinini rəisi Telman Ağasiyev, İsmayıllı rayon məhkəməsinin sədri Rəfayel Şirinov, Dövlət Təhlükəsizlik Xidməti İsmayıllı rayon şöbəsinin rəisi Cavid Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinini rəisi Xamis Bədəlov, prokurorluğun əməkdaşları, prokurorluq orqanında uzun müddət çalışmış, veteran Şükür Seyidov, küfləvi informasiya vasitələrinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon prokuroru, ədliyyə müşaviri Tural Yusifov açıb. O, Azərbaycan prokurorluğunun 100 illik tarixi barədə müfəssəl danışaraq, ötən tarixin ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə xüsusi yer ayırıb, onun layiqli davamçısı cənab İlham Əliyevin prokurorluq işçilərinə, ümumiyyətlə, bu sahəyə diqqət və qayğısından danışıb. Azərbaycanın müstəqil dövlət kimi inkişafında qanunun aliliyindən, bu orqanın özünəməxsus xidmətlərindən söz açıb. Qarşıdan gələn peşə bayramı və 100 illik yubiley münasibəti ilə həmkarlarını, bu sahədə çalışanları təbrik edib.
Bildirib ki, İsmayıllı rayon prokurorluğu digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəkdir.
100 il qanun keşiyində
İsmayıllı rayon sakini, prokurorluq işində veteranlıq qazanmış Şükür Seyidov bu orqanda uzun müddət çalışdığından qürur duyduğunu, bu gün də bilik və bacarıqlarını dövlət və dövlətçilik naminə sərf etməyə, gənclərə hamilik etməyə hazır olduğunu vurğulayıb.
İsmayıllı rayon məhkəməsinin hakimi Rəfayel Şirinov qanunun keşiyində duran, dövlətçiliyin qorunub, inkişaf etdirilməsində zəhməti, səyi olan prokrorluq əməkdaşlarını əlamətdar tarix münasibəti ilə təbrik edib, bu şərəfli işdə onlara uğur arzulayıb.
Rayon prokurorunun müstəntiqi Eldar Məmmədov çıxışında prokurorluğun gənc əməkdaşlarının üzərinə düşən vəzifələrdən, onlara göstərilən etimad və qayğıdan danışıb, tədbir iştirakçılarının simasında prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.
Sarvan Əkbərov,
İsmayıllı rayon prokurorluğunun əməkdaşı
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter