Bacarıqların artırılması vacibdir » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Bacarıqların artırılması vacibdir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalib gəlmiş “Müəllimlərin İKT bacarıqlarının artırılması” layihəsinin seçim turu keçirilib.
Bacarıqların artırılması  vacibdir Bacarıqların artırılması  vacibdir1 avqust 2018-ci il tarixində Aşıqbayramlı və Talıstan kənd tam orta məktəblərində baş tutan seçim turunda məktəbin pedoqoji heyəti iştirak edib. İsmayıllı rayonunun Aşıqbayramlı kənd tam orta məktəbinin müəllimi Afaq Məhəmmədova rəhbər kimi layihə barəsində ətraflı məlumat verib. Bildirib ki, layihənin icra müddəti iyul ayının 20-dən oktyabr ayının 20-dəkdir. Bu müddətdə məktəbliləri maarifləndirəcək müəllimlərin seçim turu keçiriləcək. Seçim turunda 90 nəfər müəllimin iştirakı nəzərdə tutulub. Adı çəkilən məktəblərdə seçim turuna başlanıb. Layihənin təlimçisi layihə və onun əhatə etdiyi mövzu ilə bağlı məlumatlar verərək, müəllimlərin İKT bacarıqlarının artırılması istiqamətində zəruri işlərin görülməsinə ehtiyac olduğunu bildirib.
Seçim şifahi sorğu və test yoxlamaları vasitəsi ilə 6 avqust 2018-ci il tarixində Diyallı və Təzəkənd kənd tam orta məktəblərində, 7 avqust 2018-ci il tarixində isə Cülyan kənd tam orta məktəbində aparılıb.Bacarıqların artırılması  vacibdir
Seçim turundan sonra təlimlərə start verilib. 28-30 avqust tarixlərində İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində keçirilən təlimərdə hər qrupda 10 nəfər olmaqla 3 qrup maarifləndirici kurslara cəlb olunub.
Layihə çərçivəsində rayonun ümumtəhsil məktəblərində çalışan 30-a yaxın müəllim üçün İKT bacarıqlarının artırılmasına dair seminar keçirilib. Təlim–kursun iştirakçılarına layihənin əhatə etdiyi mövzu ilə bağlı məlumat verilib. İKT avadanlıqlarından istifadə və layihə çərçivəsində yaradılacaq internet resurslarının əhəmiyyətli tərəfləri tədbir iştirakçıları ilə müzakirə edilib. Layihə iştirakçısı olan müəllimlər arasında təcrübə mübadiləsi aparılır. Bacarıqların artırılması  vacibdirTəlimlərə qoşulan könüllü müəllimlər vasitəsi ilə layihədən faydalanan təbəqənin arenası genişləndirilməkdədir. Sözügedən mövzu ilə əlaqədar seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbir çay süfrəsi ilə yekunlaşıb. Təlim iştirakçılarına mövzunu əhatə edən maarifləndirici bukletlər təqdim edilib.
Elnarə Qasımova,
AJB-nin üzvü
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter