İnformasiyanın düzgün çatdırılmasına zəmanət » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 15:34 – Qalacıq kənd tam orta məktəbində "Bilik günü" qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

İnformasiyanın düzgün çatdırılmasına zəmanət

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olan (Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi istiqaməti üzrə) İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyevanın “Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq" adlı layihəsinin 27 avqust 2018-ci il tarixində açılış mərasimi olub.İnformasiyanın düzgün çatdırılmasına zəmanət                        Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Şəfaqət Rəsulov, Ramiz Baloğlanov və metodist Rəna Mirzəliyeva, məktəb rəhbərliyi və müəllimlər iştirak edib. İlk öncə layihə rəhbəri layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Layihə İsmayıllı rayon məktəblərini (9-11-ci sinif şagirdləri 200 nəfər nəzərdə tutulub) əhatə edəcək və 3 ay davam edəcək, şagirdlərin internet texnologiyalarından düzgün istifadə etməsinə, internet resurslarında Qarabağ həqiqətlərini düzgün yerləşdirməsinə və bu informasiyanın beynəlxalq ictimayyətə düzgün çatırılmasına zəmin yaradacaq. Belə ki, layihə çərçivəsində şagirdlər tarixi məlumatların düzgün formada vikipediyada yerləşdirilməsinə, onun zənginləşdirilməsinə nail olacaqlar. Eyni zamanda, qeyd edilən layihədə şagirdlərin vikipediyada işləmək bilik və bacarığını artıracaq, o cümlədən müxtəlif dillərdə Qarabağ haqqında həqiqətləri həmin ensiklopediyada yerləşdirməsinə zəmin yaradacaq.
Sevda İsmayılova
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter