• Ana səhifə |
Subscribe by RSS or RUS
» 15 Sentyabr - Bilik Günü qeyd olunub

15 Sentyabr - Bilik Günü qeyd olunub

Yazar Ismayilli
//
16 sentyabr 2018
//
---
//
Oxunub 13
//
Ölkənin hər yerində olduğu kimi, İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində də 15 Sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbiri keçirilib.15 Sentyabr - Bilik Günü qeyd olunubBilik günündə məktəbliləri təbrik etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin Qalacıq İƏD-nin nümayəndəsi Təbriz Eminov, kənd sakinləri, ağsaqqallar, veteran müəllim Bəxtiyar Rəhimov, valideynlər məktəbin müəllim və şagird heyəti tədbirdə iştirak ediblər.15 Sentyabr - Bilik Günü qeyd olunub
15 Sentyabr - Bilik Günü qeyd olunub
15 Sentyabr - Bilik Günü qeyd olunub
15 Sentyabr - Bilik Günü qeyd olunubAzərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş nitqi ilə məktəbin direktoru Rusan Qasımov açıb, şagirdləri, müəllimləri və qonaqları salamlayıb. Məktəblilərə və müəllimlərə yeni tədris ilində uğurlar arzulayan direktor təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb.
Tədbirdə çıxış edən RİH Qalacıq kənd İƏD-nin nümayəndəsi T.Eminov da Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb.
Kənd sakini Bəxtiyar Rəhimov ötən tədris ilinin İsmayıllı rayonu üçün, o cümlədən də Qalacıq kəndi üçün uğurlu olduğunu diqqətə çatdırıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.
Sonra tədbir bədii hissə ilə davam edib. Bir-birindən maraqlı şeirlər və kommunikasiyalar tədbirə əlvanlıq qatıb. Tədbirin sonunda “İlk zəng” çalınıb və dərs başlanıb.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!