• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Muğanlı-İsmayıllı-Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu istifadəyə verilib

Muğanlı-İsmayıllı-Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu istifadəyə verilib

Yazar Ismayilli
//
13 sentyabr 2018
//
//
Oxunub 15
//
Prezident İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.Muğanlı-İsmayıllı-Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu istifadəyə verilibAZƏRTAC xəbər verir ki, bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.Muğanlı-İsmayıllı-Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu istifadəyə verilib
Muğanlı-İsmayıllı-Minkə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu istifadəyə verilib

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!