• Ana səhifə |
Subscribe by RSS or RUS
» Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib

Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib

Yazar Ismayilli
//
22 avgust 2018
//
---
//
Oxunub 140
//
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də “İsmayıllı Yazarları” ədəbi ictimai birliyidir. “Qoşa ruhlar, şairlikdən şəhidlik zirvəsinə gedən yol” adı ilə çəkilən sənədli filmin çəkilişləri başa çatıb.Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilibLayihə iki vətənpərvər övladımızın canlarından artıq sevdikləri və şeirlərində vəsf etdikləri Vətən uğrunda şəhid olmalarından bəhs edir. Şəhid ruhuna qayğı insanlıq göstəricisidir. Şəhid adlarının əbədiləşdirilməsi, onların gəncliyə örnək kimi tanıdılması günümüzün vacib tələbidir.
Filmin bir hissəsi 26 il bundan əvvəl, 1961-ci ildə Gəncə şəhərində dünyaya göz açmış, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin hədəf seçdiyi tankın içində yanaraq kül olmuş şəhid-şair Salmanov Nizami Arif oğlu haqqındadır.
2016-cı ilin unudulmaz Aprel döyüşləri də say-seçmə, qorxmaz, mübariz oğullarımızın hünəri hesabına tarixi qələbəmizin başlanğıcı adlandırıldı. Həmin döyüşlərdə Vətən torpağına can qurban edənlərdən bir də - şair-müəllim Mikayıl Yaqub oğlu Vahabzadə oldu.
Layihəmizin məqsədi bu adların tanıdılması, xatirələrinin əbədiləşdirilməsidir. Layihəmiz çərçivəsində övladlarımızın adlarının əbədiləşdirilməsindən bir rahatlıq duyuruq.
Şair şəhidimiz Mikayıl Vahabzadə 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. Sumqayıt Dövlət Universitetini bitirib. 2015-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Tərtər istiqamətində “N” saylı hərbi hissədə xidmət edib. M. Vahabzadə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Haqqında jurnalist Lətifə Əliyevanın müəllifliyi ilə “Şəhidliyə aparan sevgi” adlı kitab yazılıb. Bu kitaba şəhid şairin şeirləri də daxil edilib.
Avqust ayının 15-də İsmayıllı Rayon İcra Hakimiyyəti və Qrant müsabiqəsinin qalibi “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin birgə təşkilatçılığı ilə rayonun Uşaq kitabxanasında filmin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində şəhid Mikayıl Vahabzadənin valideyinləri, RİH-nin aparat işçiləri, gənclər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, ağsaqqallar və ziyalılar iştirak edib.
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilibTədbiri giriş sözü ilə “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri, şair Şahməmməd Dağlaroğlu açıb. RİH-nin məsul işçisi Murad Məhərrəmov rayon rəhbərliyi adından tədbirə toplaşanları salamlayıb və şəhid Mikayıl Vahabzadənin valideyinləri ilə görüşüb. Şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını, Mikayıl və Nizami kimi oğulların əbədiyaşarlığını diqqətə çatdırıb. Onların həyat yolunun gənclərə bir nümunə olduğunu qeyd edib. Filmin layihə rəhbərlərinə, rejissor və ssenari müəllifinə, çəkilişdə zəhməti olan bütün insanlara öz minnətdarlığını bildirib. Sonra film nümayiş etdirilib.
Filmin nümayişindən sonra layihə rəhbəri Aybəniz Qafarlı, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllıUşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyevə, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri ictimai birliyinin sədr müavini Kamil Dadaşov, filmin məsləhətçisi Radə Abbasova, şairə Turac Hilal və başqaları çıxış edərək film haqqında fikirlərini söyləyiblər. Gənclərin vətənpərvərlik tərbiyəsində bu ekran əsərinin böyük rolunun olacağını diqqətə çatdırıblar.
Şəhid Mikayıl Vahabzadənin ailəsi adından dayısı Nəriman Şərifov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına, İsmayıllı Rayon İcra Hakimiyyətinə, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinə minnətdarlığını ifadə edib.
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib
Elə həmin gün film Mikayıl Vahabzadənin təhsil aldığı Tircan kənd tam orta məktəbində də kənd ictimaiyyətinin, pedaqoji kollektivin və şagirdlərin iştirakı ilə nümayiş etdirilib. Tədbirdə məktəbin direktru İlqar Gərayev, Xarici Dillər Universitetinin əmsilçisi Aynur Səfərli çıxış ediblər.
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib
Şəhidlərə həsr olunmuş filmin təqdimat mərasimləri keçirilib
Avqust ayının 16-da şəhid Nizami Salmanovun ailə üzvlərinin, yaxınlarının iştirakı ilə film Gəncə şəhərindəki Məhsəti Gəncəvi adına Muzeydə şəhər ictimayətini təmsil edənlərə nümayiş olunub. Filmə baxışdan sonra yazıçı Qərib Mehdi, Gəncə şəhər 18 nömrəli tam orta məktəbinin müəllimi Rəhilə Tağıyeva, şəhid şair Nizami Aydının döyüşçü, müəllim dostu Elşən Nəbiyev və başqaları filmlə bağlı fikirlərini ifadə ediblər.
Üç mərhələdə keçirilən təqdimatda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində aparılmış çəkilişlərə yüksək qiymət verilib. Təqdimat iştirakçılarına film köçürülmüş video çarxlar bağışlanıb.
Aybəniz Qafarlı,
layihənin rəhbəri

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!