• Ana səhifə |
Subscribe by RSS or RUS
» Cülyan kəndində sakinlərin qəbulu

Cülyan kəndində sakinlərin qəbulu

Yazar Ismayilli
//
31 iyul 2018
//
---
//
Oxunub 13
//
Rayon mərkəzinə məsafəcə ən yaxın olan Cülyan kəndinin sosial problemləri yaxın zamanlardan daha ardıcıl həllini tapmağa başlayıb.  Cülyan kəndində sakinlərin qəbulu  Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun burada keçirdiyi qəbul göstərdi ki, inkişafımız sürətləndikcə, sosial həyatımız yaxşılaşdıqca yeni qayğılar, yeni istəklər ortaya çıxır. Sakinlərin qaldırdığı məsələlər də bu fikrin sübutu oldu. Əmirxan Piriyev suvarma suyunun artırılmasına, Vahid Piriyev və Hakim Qafarov enerji təchizatını yaxşılaşdırmaq üçün təmir işlərinin aparılmasına və yeni transformator qoyulmasına, Rəşid Ağayev 2012-ci ildə ona verilən həyətyanı torpaq sahəsi üçün sənəd almasına köməklik göstərilməsini xahiş ediblər.
Qaldırılan məsələlərlə əlaqədar aid strukturların məsul şəxslərinə və Cülyan bələdiyyəsinə konkret tapşırıqlar verilib.
Xəyalə Piriyeva xahiş edib ki, bugünkü tələblərə əsla cavab verməyən, təmir üçün də yararlı olmayan mövcud tibb məntəqəsinin binasının əvəzinə yenisinin tikilməsi məsələsinə baxılsın. Mirdaməd Sadıqov məsələnin çox vacib olduğunu, donor təşkilat və ya aid strukturların köməyi ilə problemin həll ediləcəyini bildirib.
Olunan xahişlərin hər biri ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!