• Ana səhifə |
Subscribe by RSS or RUS
» Şəhərin Yuxarıbaş məhəlləsində görüş-qəbul

Şəhərin Yuxarıbaş məhəlləsində görüş-qəbul

Yazar Ismayilli
//
31 iyul 2018
//
---
//
Oxunub 12
//
19 iyul 2018-ci il tarixdə şəhərin Yuxarıbaş məhəlləsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüş-qəbul keçirib. Şəhərin Yuxarıbaş məhəlləsində görüş-qəbul
Şəhərin Yuxarıbaş məhəlləsində görüş-qəbul   Klubda keçirilən tədbiri giriş nitqi ilə açan Mirdaməd Sadıqov ölkənin sabitliyi və təhlükəsizliyi, davamlı inkişafı, əhalinin sosial həyatının daha da təminatlı olması üçün cənab Prezident İlham Əliyevin uğurlu daxili və balanslaşdırılmış xarici siyasətinin yüksək nəticələrindən ətraflı danışıb. Qeyd edib ki, İsmayıllı bütün icra və xidmət strukturları, hüquq mühafizə və ədliyyə orqanları ilə birgə Prezident İlham Əliyevin sərəncam, tapşırıq və göstərişlərini, Dövlət Proqramlarını məsuliyyətlə icra edir. Nəticələr də həyat fəaliyyətinin bütün istiqamətlərində özünü göstərir.
Giriş nitqindən sonra sözü, təklifi, şikayəti olan sakinləri diqqətlə dinləyən RİH-nin başçısı Mirdaməd Sadıqov hər bir məsələ ilə əlaqədar konkret tapşırıqlar verib. Əsasən yolların abadlaşdırılmasından, meyvə-tərəvəz satışı bazarında qayda yaradılmasından danışılıb. Sakinlərdən biri o fikri də səsləndirib ki, abadlığımızın daha geniş miqyas alması üçün bizim də vergiləri vaxtında ödəməklə fəal iştirakımız olmalıdır. Bazarın qarşısında “Saat meydanı” adlandırılmış park salınıb. İctimai qınaq olmadığından parkın abadlığı və yaşıllığına xələl gətirmə halları vardır.
Görüş-qəbulda deyilənlər tam təfsilatı ilə yazılmadan qeyd edilməlidir ki, RİH-nin başçısı Mirdaməd Sadıqov görüş-qəbulda qaldırılan haqlı məsələlərin icrası üçün 20 iyul 2018-ci il tarixdə şəhər icra nümayəndəsinin, İsmayıllı bələdiyyəsi sədrinin, abadlıq-quruculuq işlərində iştirakı olan ASC və şirkət rəhbərlərinin, xidmət təşkilatlarının məsul işçilərinin iştirakı ilə müşavirə keçirib, konkret tapşırıqlar verib.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!