• Ana səhifə |
Subscribe by RSS or RUS
» Şəhərin Mican ərazisində sakinlərlə görüş-qəbul keçirilib

Şəhərin Mican ərazisində sakinlərlə görüş-qəbul keçirilib

Yazar Ismayilli
//
31 iyul 2018
//
---
//
Oxunub 18
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhərin Mican ərazisində (əvvəllər ayrıca İƏD idi) görüş-qəbul keçirib. Şəhərin Mican ərazisində sakinlərlə görüş-qəbul keçirilib
Şəhərin Mican ərazisində sakinlərlə görüş-qəbul keçirilib                   Tədbir şəhərin 7 nömrəli tam orta məktəbində baş tutub. Görüş-qəbulda mətbuat işçiləri, RİH-nin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri də iştirak ediblər.
RİH-nin başçısı Mirdaməd Sadıqov giriş nitqində qeyd edib ki, dövlətin sosial siyasətinin nəticəsi olaraq rayonda tikinti-abadlıq-quruculuq işləri artmaqda davam edir, abad yollar şəbəkəsi genişlənir. Dövlət qayğısı və müəyyən olunmuş imtiyazlar hər bir ünvana vaxtında çatdırılır. Azərbaycan dövləti və hökumətinin həyata keçirdiyi tədbir, proqram və layihələrin nəticəsidir ki, insanların həyat səviyyəsi yüksəlir, istehsal sahələrində məhsuldarlıq artır, aqrar sahənin yeni istiqamətləri yaranır və ya bərpa olunur.
Bu və ya digər məsələlərdən danışan Mirdaməd Sadıqov iştirakçıları, sözü, təklifi, problemi olan hər kəsi dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!