• Ana səhifə |
Subscribe by RSS or RUS
» İsmayıllı gəncləri hərbi xidmətə yola salınıb

İsmayıllı gəncləri hərbi xidmətə yola salınıb

Yazar Ismayilli
//
31 iyul 2018
//
---
//
Oxunub 14
//
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sevil Əhmədova hərbi xidmətə gedən gənclər qarşısında çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən hərbi parad Azərbaycan ordusunun gücünü, qüdrətini, Böyük Qələbəyə yaxın olduğunu nümayiş etdirib. İsmayıllı gəncləri hərbi xidmətə yola salınıb                         Əziz gənclər, siz də Vətən qarşısındakı borcunuzu yerinə yetirməyə getməklə zəfərlərə yaxın olan ordumuzun gücünü, qələbə əzmini artıracaqsınız, Sizə yaxşı yol və Qələbə ruhlu xidmət arzulayıram.
Heydər Əliyev adına parkda keçirilən gənclərin hərbi xidmətə yola salınmasına həsr olunmuş təntənəli mitinqi giriş nitqi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Xamis Bədəlov açıb, ordu sıralarında əsgər olmağın şərəfindən və məsuliyyətindən, Silahlı Qüvvələrimizin torpaqlarımızı azad etməyə tam hazır olduğundan, İsmayıllı gənclərinin nümunəvi hərbi xidmətindən danışıb.
Dövlət Himni səslənib.
İstefada olan polkovnik, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, hərbi xidmətə yola düşən, Sumqayıt Dövlət Universitetinin əlaçı məzunu İsmayıl Faxtiyev, Diyallı kənd tam orta məktəbinin tarix müəllimi, valideyn Məzahir Tapulov və Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Kamil Dadaşov çıxış edib, ölkənin, ordunun qüdrətindən, Azərbaycandakı sabitlikdən, hərbi xidmətin bir vətəndaşlıq, bir vicdan borcu olduğundan danışıblar. Vurğulanıb ki, 26 iyun 2018-ci il tarixdə - Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi günündə keçirilən hərbi parad tək ordumuzun yox, ölkəmizin gücünü bir daha beynəlxalq aləmə nümayiş etdirdi.
Çağırışçılara yaxşı yol, nümunəvi xidmət arzulanıb. Sonda Vətən qarşısında xidmətə - ordu sıralarına gedən bir qrup gənc Dövlət bayrağı önündən keçib.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!