• Ana səhifə |
Subscribe by RSS or RUS
» Müəllimlərin İKT bacarıqlarını artırılması layihəsinin təqdimatı keçirilib

Müəllimlərin İKT bacarıqlarını artırılması layihəsinin təqdimatı keçirilib

Yazar Ismayilli
//
25 iyul 2018
//
---
//
Oxunub 36
//
İyul ayının 24-də İsmayıllı Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin fərdi kateqoriyası üzrə qalib gəlmiş “Müəllimlərin İKT bacarıqlarının artırılması” layihəsinin təqdimat mərasimi keçirilib.
Müəllimlərin İKT bacarıqlarını artırılması layihəsinin təqdimatı keçirilib
Müəllimlərin İKT bacarıqlarını artırılması layihəsinin təqdimatı keçirilib
Müəllimlərin İKT bacarıqlarını artırılması layihəsinin təqdimatı keçirilibTədbirdə İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri İsmayıllı rayon Aşıqbayram kənd tam orta məktəbinin müəllimi Afaq Məhəmmədova layihə barəsində ətraflı məlumat verib. Bildirib ki, layihənin icra müddəti 3 ayı əhatə edir, İyul ayının 20-də başlayıb və sentyabr ayının 20-də yekunlaşdırılacaqdır. Layihə ilə bağlı məktəbliləri maarifləndirəcək müəllimlərin seçim turu keçiriləcəkdir. Seçim turunda 90 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub. Ümumilikdə isə bukletlər vasitəsi ilə rayonun bir çox ümumtəhsil məktəblərində çalışan müəllimlərin maarifləndirilməsi nəzərdə tutulub.
Müəllimlərə layihə və onun əhatə etdiyi mövzu ilə bağlı ətraflı məlumatlar verilərək, onların İKT bacarıqlarının artırılması istiqamətində zəruri işlərin görülməsi ehtiyaclarından söz açılıb.
Layihənin təlimçisi, İsmayıllı RTŞ-nın metodisti Sevda İsmayılova İKT avadanlıqlarından istifadə və layihə çərçivəsində yaradılacaq internet resurslarının əhəmiyyətli tərəflərini tədbir iştirakçıları ilə müzakirə edib. Bildirib ki, layihə iştirakçıları olan müəllimlər arasında həmçinin təcrübə mübadiləsi də aparılacaqdır.
Layihənin eksperti İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Pərvanə Piriyeva qeyd edib ki, təlimlərə qoşulan könüllü müəllimlər vasitəsi ilə layihədən faydalanan təbəqənin arenası genişləndiriləcəkdir. Sözügedən mövzu ilə əlaqədar tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir çay süfrəsi ilə yekunlaşıb. Təlim iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici bukletlər təqdim edilib.
Elnarə Günəş,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!