• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Məktəblərdə “Son zəng” tədbiri keçirilib

Məktəblərdə “Son zəng” tədbiri keçirilib

Yazar Ismayilli
//
27 iyun 2018
//
//
Oxunub 78
//
İsmayıllı rayonunda 46 tam orta məktəb fəaliyyət göstərir. 14 iyun 2018-ci il tarixdə keçirilən son zəng tədbirlərində qazanılan yüksək nəticələrdən ətraflı bəhs edilib. Qeyd olunub ki, dövlətin yaratdığı nümunəvi təhsil şəraitində İsmayıllı şagirdləri nailiyyətləri ilbəil artırırlar.Məktəblərdə “Son zəng” tədbiri keçirilib
Məktəblərdə “Son zəng” tədbiri keçirilib
Məktəblərdə “Son zəng” tədbiri keçirilib
Tam orta məktəblərin 750 nəfər məzunundan 510 nəfəri universitetlərə qəbul üçün sənəd verib. 30 nəfərədək abituriyent yüksək bal toplayıb. 2018-ci ildə şəhər 6 nömrəli tam orta məktəbinin məzunu Vasif Əsədov qəbul imtahanlarında 700 bal toplayıb. Test imtahanlarının ilkin mərhələsini İsmayıllı təhsil sistemi üçün uğurlu hesab etmək olar.
Rayonun məsul işçiləri, Rayon Təhsil Şöbəsinin əməkdaşları son zəng tədbirlərində iştirak edib, qazanılan uğurlardan, Qurtuluş gününün mahiyyətindən, təhsilin inkişafı üçün bölgədə həyata keçirilən tədbirlərdən, şagirdlərin intellektual, bilik və idman yarışlarında, olimpiadalarda qazanılan nailiyyətlərindən danışıblar. Ölkənin və rayonun inkişafında qazanılan nailiyyətlər çıxışların əsas məzmunu olub. İl ərzində şagirdlərin qazandıqları uğurlar Rayon Təhsil Şöbəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.
G. Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!