• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Başçı və millət vəkili sakinlərlə görüşüb

Başçı və millət vəkili sakinlərlə görüşüb

Yazar Ismayilli
//
27 iyun 2018
//
//
Oxunub 67
//
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və millət vəkili Novruzəli Aslanov Təzəkənd kəndində sakinlərlə görüş-qəbul keçiriblər. İştirakçılar ardıcıl olaraq uğurları ilə seçilən Təzəkənd kənd tam orta məktəbinə toplaşmışdılar.Başçı və millət vəkili sakinlərlə görüşüb
Başçı və millət vəkili sakinlərlə görüşüb                    Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, bugünkü görüş daha çox təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması ilə bağlıdır. Enerji təchizatının yaxşılaşdırılması ilə əlaqədar əsaslı işlər görülür, şəbəkə yenidən qurulur. Kənddaxili yollarda narahatlıqlar yarandığından məlumatım var. Tədbirlər görülür. Fövqəladə hallar komissiyası lazımi iş aparır.
Kənd məktəbinin uğurları çoxdur. İstərdim ki, məktəb bölgəmizin, eləcə də kəndin ehtiyacı olan ixtisaslara məzunların istiqamətlənməsinə də diqqət yetirsin. Sosial problemlərin həlli üçün vergi ödəyiciləri fəal olmalıdırlar. Bələdiyyə də öz funksiyasını daha dəqiq yerinə yetirməlidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov ilk növbədə Ramazan ayı münasibətilə görüş-qəbul iştirakçılarını təbrik edib. O, diqqəti əsil dövlət mövqeli gənclər tərbiyə edilməsi məsələsinə, sosial problemlərin həllində fəallıq göstərilməsinə yönəldib.
Görüş-qəbulda vətəndaşlar tərəfindən olunan xahişlər icra olunmaq üçün qeydiyyata alınıb.
V.Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!