• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Uğurları yüksək olan məktəbdə görüş-qəbul

Uğurları yüksək olan məktəbdə görüş-qəbul

Yazar Ismayilli
//
27 iyun 2018
//
//
Oxunub 103
//
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin test imtahanlarındakı builki uğurları ötən illərdə olduğundan daha yüksək olub. Məktəbin məzunu Vasif Əsədov 700 bal zirvəsinə çatıb. Beş nəfər məzun isə 600-dən yuxarı bal toplayıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məktəbin əhatəsində yaşayan sakinlərlə görüş-qəbulunu da burada keçirməyi məqsədəuyğun sayıb. Uğurları yüksək olan məktəbdə görüş-qəbul
Uğurları yüksək olan məktəbdə görüş-qəbul         Görüş-qəbulda sakinlərlə yanaşı 6 nömrəli məktəbin yüksək bal toplayan məzunları, onların müəllimləri və valideynləri də iştirak ediblər.
RİH-in rəhbəri Mirdaməd Sadıqov tədbiri giriş nitqi ilə açaraq universitetlərə qəbul imtahanlarında daha yüksək bal toplayan gəncləri, onların müəllimlərini və valideynlərini, pedaqoji kollektivi təbrik edib. Daha sonra rayonda gedən inşaat, abadlıq, quruculuq işlərindən, yeni-yeni layihələrin həyata keçirilməsindən, aqrar sahədəki yeniliklərdən danışılıb.
Məktəb direktoru Qalib Bəşirov yaradılan təhsil şəraitinə görə, geniş imkanlar açıldığına görə müəllimlərin bilik potensialının üzə çıxarılması, müəllimlərin hərtərəfli qayğı ilə əhatə olunduğuna görə ölkə başçısına minnətdarlıq edib. Rayon İcra Hakimiyyətinin rəhbərliyinə keçən görüş-qəbul zamanı məktəb yolları ilə bağlı məsələlərin həllinə - asfalt çəkildiyinə, digər qayğılı münasibətlərinə görə təşəkkürünü bildirib. Eyni zamanda xahiş edib ki, yardım təşkilatları qarşısında məktəbin əsaslı təmiri məsələsi qaldırılsın.
Görüş-qəbulun iştirakçıları 3 küçənin çınqıllanmasını, suvarma suyu üçün artezian quyusu qazılmasını, "Həzrə" istiqamətinə gedən asfalt yolun təmir olunmasını, qrunt sularının məhəllənin mərkəzindən axdığı arxın texnika ilə təmizlənməsini xahiş ediblər.
Görüşdə İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevə tapşırılıb ki, ərazidə yaşayan şəhər sakinlərinin 56 min manata qədər vergi borcunu toplayaraq, vergi ödəyicilərinin iştirakı ilə buradakı narahat yolların çınqıllanmasını öz üzərinə götürsün. Köhnəlmiş, çürümüş elektrik dirəklərinin dəyişdirilməsi də sakinlərin xahişlərindən olub.
Görüş-qəbulda hər bir məsələ ilə bağlı icraçılara və yardım təşkilatlarına konkret tapşırıqlar verilib.
V.Salehov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!