• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Qəsəbədə yubiley tədbiri

Qəsəbədə yubiley tədbiri

Yazar Ismayilli
//
27 iyun 2018
//
//
Oxunub 45
//
Basqal qəsəbə İƏD-i üzrə nümayəndəlik və tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH-nin məsul işçisi Nəsimi Teymurov, İsmayıllı Rayon Təhsil Şöbəsindən aparıcı məsləhətçi Ramiz Baloğlanov, metodist İlham Vahabov, məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinləri iştirak edib. Qəsəbədə yubiley tədbiri      Basqal İƏD-i üzrə nümayəndə Novruz Əsədovun təqdim etdiyi məruzə müstəqilliyimizin yaranması və bərpa dövrlərini, Azərbaycanın hazırkı sürətli və hərtərəfli inkişafını əks etdirib.
Tədbir zamanı iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, mahnı və şeirlərdən ibarət kompozisiya nümayiş etdirilib. Kompozisiyada Cümhuriyyət tarixinin əsas anları, şeirlər, mahnılar və nəsr parçaları ilə əks etdirilib.
Sonda qonaqlar və məktəbin direktoru şagirdlərə öz təşəkkürlərini bildiriblər.
Kamran Məlikzadə,
məktəbin müəllimi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!