• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə

Dövlət qulluqçularının sayı və onların əməkhaqqı barədə

Yazar Ismayilli
//
27 iyun 2018
//
//
Oxunub 39
//
2018-ci il yanvarın 1-ə ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfər olmuş və onların 28,8 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 76,0 faizi 4-7-ci təsnifatları üzrə və 19,5 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir. Dövlət qulluqçularının 6,9 faizi bir ilə qədər, 26,1 faizi bir ildən 5 ilə qədər, 22,2 faizi 5 ildən 10 ilə qədər, 17,3 faizi 10 ildən 15 ilə qədər, 27,5 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,5 faiz, 30-34 yaşda 15,7 faiz, 35-44 yaşda 23,0 faiz, 45-54 yaşda 21,9 faiz, 55-62 yaşda 18,3 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,7 faizini şöbə müdirləri, 11,3 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,9 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 13,0 faizini aparıcı məsləhətçilər və 20,5 faizini məsləhətçilər təşkil etmişdir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,1 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 690,7 manat təşkil etmişdir.
2018-ci il yanvarın 1-nə İsmayıllı rayonu üzrə dövlət qulluqçularının sayı 285 nəfər olmuş və onların 18,8 faizini qadınlar təşkil etmişdir. Dövlət qulluqçularının, 83,2 faizi 4-7-ci təsnifatları üzrə və 16,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləmişdir.
Dövlət qulluqçularının 7,0 faizi 1 ilə qədər, 25,3 faizi bir ildən 5 ilə qədər, 21,4 faizi 5 ildən 10 ilə qədər, 15,1 faizi 10 ildən 15 ilə qədər, 31,2 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 12,6 faiz, 30-34 yaşda 10,9 faiz, 35-44 yaşda 22,5 faiz, 45-54 yaşda 25,6 faiz, 55-62 yaşda 25,9 faiz, 63-64 yaşda 2,5 faiz.
Rayon üzrə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 3 nəfərini yerli icra hakimiyyəti başçısının müavinləri, 49 nəfərini şöbə müdirləri, 44 nəfərini şöbə müdirinin müavinləri, 12 nəfərini sektor müdirləri, 63 nəfərini baş məsləhətçilər, 26 nəfərini aparıcı məsləhətçilər və 40 nəfərini məsləhətçilər, 48 nəfərini isə dövlət qulluğunun yardımçı vəzifələrində işləyənlər təşkil etmişdir. Ümumilikdə, 2017-ci ildə dövlət qulluğunda faktiki işləyənlərin orta sayı 285 nəfər olmuşdur. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 98,6 faiz komplektləşdirilmişdir.
Dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 2017-ci ildə 465,6 manat təşkil etmişdir.
Əziz Əzizov,
İsmayıllı rayon Statistika İdarəsinin rəisi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!