Kürdmaşı məktəbi “Unudulan sözlər həyat bulsun” layihəsində » Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı.
Авторизация Качественные шаблоны для dle скачать бесплатно, а также вы сможете посмотреть кино онлайн в HD качестве и прочитать для себя новые кулинарные рецепты.
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 

Kürdmaşı məktəbi “Unudulan sözlər həyat bulsun” layihəsində

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2017-2018-ci tədris ili “Təhsildə Keyfiyyət İli” elan olunub. İsmayıllı Rayon Təhsil Şöbəsinin “Təhsildə Keyfiyyət İli” çərçivəsində tərtib olunmuş tədbirlər planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində tədbirlər həyata keçirilir.
Kürdmaşı məktəbi “Unudulan sözlər həyat bulsun” layihəsində
Kürdmaşı məktəbi “Unudulan sözlər həyat bulsun” layihəsində    Belə tədbirlədən biri də iyun ayının 6-da İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov, İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı, Sədəf Mikayılova, məktəb kollektivi və qonşu kənd məktəblərinin müəllimləri iştirak edib.
Əvvəlcə məktəbin müəllimi Aytən Kazımlının “Cümhuriyyət ili” çərçivəsində “Riyaziyyat gecəsi”, Həmçinin “Sən gül deyə, mən şəhidəm” layihəsinin iştirakçısı, məktəbin ədəbiyyat müəllimi Tünzalə İsmayılovanın “Keyfiyyət ili” çərçivəsində təşkil olunmuş açıq dərsi dinlənilib.
Tədbiri giriş nitqi ilə məktəbin direktoru Məhəbbət Qəmbərova açıb. Qonaqları salamlayan direktor tədbir haqqında məlumat verib. Bildirib ki, tədbir 2017-2018-ci tədris ilinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Həmçinin 2017-ci ilin dekabr ayından Kürdmaşı kənd tam orta məktəbi “Unudulan sözlər həyat bulsun” layihəsinə qoşulub.
Daha sonra çıxış edən Əməkdar müəllim Şəfaqət Rəsulov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Türkiyə Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Unudulan sözlər həyat bulsun” layihəsi çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, dövlət əhəmiyyətli layihələrə ucqar kənd məktəblərimizin də qoşulması sevindirici haldır. Layihənin rayonumuzda icra olunması İsmayıllı təhsili üçün mühüm əhəmiyyətə malikdir.
RTŞ-nin metodisti Sədəf Mikayılova tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, unudulmuş atalar sözləri və məsəllər xalqımızın maddi və mənəvi sərvətidir. Bu gün inkişaf etmiş Azərbaycan Respublikasının Dövlət proqramı çərçivəsində milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində davamlı işlər həyata keçirilir. Bu baxımdan layihə mühüm əhəmiyyətə malikdir.
Tədbir müddətində distant yolla qardaş Türkiyənin bir sıra məktəbləri ilə də əlaqə yaradılıb. Layihə haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə Mahmud Kaşğarinin “Divani Lüğəti-t-Türk” əsərinə istinadən həyata keçirilir. “Unudulan sözlər həyat bulsun” layihəsi çərçivəsində unudulmuş atalar sözləri toplanaraq bir araya gətirilib və iyul ayında kitab şəkilində çap olunacaqdır. Layihəyə Azərbaycan və Türkiyənin ümumilikdə 30-a yaxın məktəbindən 30 müəllim və 150-dən artıq məktəbli qoşulub.
Tədbir məktəblilərin ifasında musiqi nömrələri və şeirlərin, həmçinin ədəbi-bədii kompazisiya nümayiş etdirilməsi ilə yekunlaşıb.
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti
reytinq:  5
Şərh yaz
  • Son xəbərlər
buraaa
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter