• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

Yazar Ismayilli
//
27 iyun 2018
//
//
Oxunub 25
//
24 may 2018-ci il tarixində Qalacıq kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bayram tədbiri təşkil olunub.
Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub
Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub      Məktəbin foesində məktəblilərin “Cümhuriyyət İli”nə həsr olunmuş əl işlərinin sərgisi nümayiş etdirilib. Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin, idarə və müəssisələrin əməkdaşları, kənd sakinləri və məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı danışaraq, cəmi 23 ay mövcud olmuş hökumətin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıb, qeyd edib ki, müsəlman Şərqində ilk parlament respublikası olan AXC milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə, Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
Daha sonra çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı, Respublikanın əməkdar müəllimi Şəfaqət Rəsulov Cümhuriyyət tarixinə ən yüksək dəyərin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. Bildirib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Respublikamız məhz Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirir. Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən natiq Ulu öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimizin başçısının 2018-ci ili “Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir.
Digər çıxış edənlər də tədbirin əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir.
Sonda məktəblilərin təqdimatında şeirlər və ədəbi-bədii kompozisiya, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Elnarə Qasımova




Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!