• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər - Kollecən yubiley tədbirinə töhfə

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər - Kollecən yubiley tədbirinə töhfə

Yazar Ismayilli
//
26 iyun 2018
//
//
Oxunub 23
//
25 may 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin təşkil etdiyi tədbir rayon Mədəniyyət evində keçirilib. Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Kəmalə Süleymanlı 28 May tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecindən xəbərlər  -   Kollecən yubiley tədbirinə töhfə   1918-ci ilin 28 May tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində canlı və şanlı bir səhifə olmaqla yanaşı, onun demokratik ənənələrə sadiqliyinin, azadlıq ruhunun, insanların və millətin haqq və hüquqlarının hörmət və ehtiramın təntənəsi olduğunu vurğulayıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımızı yenidən dalğalandıraraq dərin zəkası, uzaqgörən siyasəti sayəsində 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi tanıtdı və bərpası, inkişafı üçün misilsiz xidmətlər göstərdi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının Humanitar və ictimai-siyasi məsələlər üzrə müavini, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova, dövlət qulluğu veteranı Valeh Salehov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəlalə Abışova[

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!