• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Son zəng - həyata çağırış zəngi

Son zəng - həyata çağırış zəngi

Yazar Ismayilli
//
26 iyun 2018
//
//
Oxunub 65
//
İyunun 14-də ölkənin hər yerində olduğu kimi İsmayıllı rayonunun bütün ümumtəhsil müəssisələrində də məzunlar üçün “Son zəng” çalınıb. Rayonun Qalacıq kənd tam orta məktəbində keçən “Son zəng” tədbirlərdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, 3 saylı Maliyyə Hesablaşma İdarəsinin rəisi Elxan Cavadov, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər. Son zəng - həyata çağırış zəngi         Tədbirdə məktəbin nailiyyətləri barədə verilən məlumatdan sonra sabiq məzunların və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib. Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər. Həmçinin məktəbdə dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərmanlarla təltif olunublar. “Son zəng” tədbiri məktəbin daxilində keçirilib və nəzərdə tutulan müddət ərzində başa çatıb. Məzunlar üçün səslənən “Son zəng” həm də onlar üçün həyata çağırış zəngi olub.
Şamil Abbasov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!