• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İstedad sorağında 2018

İstedad sorağında 2018

Yazar Ismayilli
//
13 iyun 2018
//
//
Oxunub 150
//
İyunun 12-də İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin akt zalında, “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı” üzrə Dövlət proqramına uyğun olaraq “İstedad sorağında-2018” adı altında istedadların ümumrayon toplantısı keçirilib.İstedad sorağında 2018
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və RTŞ-nin işçiləri, 100 nəfərdən artıq müəllim və 50-dən artıq valideyn, 250 nəfər fəal şagirdin iştirak etdiyi tədbirdə, həmçinin 10-dan artıq idarə və təşkilatın, eləcə də ictimaiyyətin nümayəndələri iştirak edib. İstedad sorağında 2018
İlk olaraq tədbiririn bəddi hissəsi, istedadlı uşaqların hazırladığı geniş konsert proqramı ilə başlayıb. İstedadlı məktəblilərin ifasında bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Rəsmi hissədə isə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova rayonumuzun şagirdlərinin sorağının təkcə respublika miqyasından deyil, bir sıra ölkələrdən də gəldiyini deyib. Hər zaman qabaqcıl təhsil ənənələrinə malik olan İsmayıllı təhsilinin bu tədris ilində daha böyük uğurlar əldə etməsinin sevindirici hal olduğunu bildirib. Qazanılan uğurların RTŞ-nın rəhbərliyi ilə pedaqoji kollektivlərin birgə işinin nəticəsi olduğunu vurğulayıb.İstedad sorağında 2018
Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.İstedad sorağında 2018 Qeyd edib ki, bugünkü nəaliyyətlər yalnız beynəlxalq və respublika miqyasında qazanılan uğurlardır. Bununla yanaşı rayon və zona müsabiqələrində qalib gəlmiş çoxsaylı məktəblilərimiz vardır. “Sevindirici haldır ki, məktəblilərininin uğurlarının sorağı dünyanın qabaqcıl ölkələrindən gəlir”. Ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq təhsilimizin daha yüksək göstəricilərlə davam edəcəyinə ümidvar olduğunu bildirib,.Yüksək nailiyyətlərin qazanılmasında əməyi olan şagirdlərin müəllimlərinə minnətdarlığını ifadə edib.İstedad sorağında 2018İstedad sorağında 2018
Sonra müxtəlif nominasiyalar üzrə Beynəlxalq və Respublika müsabiqələrində qalib gələn 140 məktəbliyə fəxri-fərman və qiymətli hədiyyələr təqdim olunub.
Rəna Mirzəliyeva,
RTŞ-nin metodisti

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!