• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Kürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsində

Kürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsində

Yazar Ismayilli
//
11 iyun 2018
//
//
Oxunub 187
//
Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2017-2018-ci tədris ili “Təhsildə Keyfiyyət ili” elan olunub. İsmayıllı Rayon Təhsil Şöbəsinin “Təhsildə Keyfiyyət ili” çərçivəsində tərtib olunmuş tədbirlər planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində tədbirlər həyata keçirilir. Kürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsindəBelə tədbirlədən biri də İyun ayının 6-da İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbində təşkil olunub. Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, Respublikanin Əməkdar Müəllimi Şəfaqət Rəsulov, Sədəf Mikayılova və məktəb kollektivi qonşu kənd məktəblərinin müəllimləri iştirak edib.
Əvvəlcə məktəbin müəllimi Aytən Kazımlının “Cümhuriyyət ili” çərçivəsində “Riyaziyyat gecəsi”, Həmçinin“Sən gül diyə mən şəhidim” layihəsinin iştirakçısı, məktəbin ədəbiyyat müəllimi Tünzalə İsmayılovanın “Keyfiyyət ili” çərçivəsində təşkil olunmuş açıq dərsi dinlənilib. Kürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsində
Tədbiri giriş nitqi ilə məktəbin direktoru Məhəbbət Qəmbərova açıb. Qonaqları salamlayan direktor tədbir haqqında məlumat verib. Bildirib ki, tədbir 2017-2018- tədris ilinin Tədbirlər planına uyğun olaraq həyata keçirilib. Həmçinin 2017-ci ilin dekabr ayından Kürdmaşı kənd tam orta məktəbi "Unudulan sözlər həyat bulsun" layihəsinə qoşulub.
Daha sonra çıxış edən Respublikanin Əməkdar Müəllimi Şəfaqət Rəsulov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Türkiyə Mədəniyyət Nazirliyinin birgə layihəsi olan "Unudulan sözlər həyat bulsun" layihəsi çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb. "Sevindirici haldır ki, dövlət əhəmiyyətli layihələrə ucqar kənd məktəblərimiz də qoşulur. Layihənin rayonumuzda icra olunması İsmayilli təhsili üçün mühüm əhəmiyyətə malikdir".
Ardınca çıxış edən RTŞ-nin metodisti Sədəf Mikayılova tədbirin əhəmiyyətindən danışıb. Kürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsindəQeyd edib ki, unudulmuş atalar sözləri və məsəllər xalqımızın Maddi və mənəvi sərvətidir. Bu gün inkişaf etmiş Azərbaycan Respublikasının Dövlət proqramı çərçivəsində milli mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində davamlı işlər həyata keçirilir. Bu baxımdan layihə milli mənəvi dəyərlərin təbliği istiqamətində mühüm əhəmiyyətə malikdir.Kürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsindəKürdmaşı məktəbi “Unudulan Sözlər hayat bulsun” layihəsində
Tədbir müddətində distant yolla qardaş Türkiyənin bir sıra məktəbləri ilə də əlaqə yaradılıb. Layihə haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə Mahmud Kaşğarinin Divanu Lüğəti- t- Türk əsərinə istinadən həyata keçirilir. "Unudulan sözlər həyat bulsun" layihəsi çərçivəsində unudulmuş atalar sözləri toplanaraq bir araya gətirilib və iyul ayında kitab şəkilində çap olunacaqdır. Layihəyə Azərbaycan və Türkiyənin ümumilikdə 30 -a yaxın məktəbindən 30 müəllim və 150- dən artıq məktəbli qoşulub.
Tədbir məktəblilərin ifasında musiqi nömrələri və şeirlərin, həmçinin ədəbi bədii kompazisiya nümayiş etdirilməsi ilə yekunlaşıb.
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!