• Ana səhifə |
Subscribe by RSS or RUS
» » 30 ilin xatirələri

30 ilin xatirələri

Yazar Ismayilli
//
11 iyun 2018
//
//
Oxunub 155
//
İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbində 30 il öncə məktəbi bitirmiş məzunlarla görüş keçirilib.30 ilin xatirələri Görüşdə həmin illərdə məktəbin direktoru olmuş Gülsurə Şəfaqətova, sinif rəhbəri olmuş Mirvari Musayeva, direktor müavini olmuş Vidadi Soltanov, fənn müəllimləri olmuş Səlahət Əmirova, Göyçək Əliyeva, İbtidai sinif müəllimləri Minayə Nəbiyeva, Zöhrab Vahabov, məzunlar və məktəb rəhbərliyi iştirak edib.30 ilin xatirələri
Məktəbin 1988-ci il məzunları onlara “Əlifba”nı öyrədən müəllimləri ilə görüşüb, sinif otağında vaxtilə oturduqları partalarda əyləşiblər. Zəngin sədaları altında sinif otağına daxil olan sinif rəhbərləri Mirvari müəlllimə 30 il əvvəl olduğu kimi dərsin başlandığını elan edib. Bu dəfəki dərs həmişəkindən daha maraqlı, daha çox yadda qalan olub. Bu dərs müddətində uzun illərdən bəri ilk dəfə görüşən məzunlar sevimli müəllimlərinə həyatda qazandıqları uğurlardan, seçdikləri peşələrindən və hər bir uğurda əziz müəllimlərinin əvəzsiz zəhmətinin olduğunu qeyd ediblər. 30 ilin xatirələri Səmimi ünsiyyət prosesində məlum olub ki, 30 il əvvəl bir sinifdə təhsil alan 26 məzundan 23-ü ali təhsil alıb. Sevindirici haldır ki, həmin məzunların sevimlisi olan müəllimlərinin yolunu davam etdirən, müəllimlik peşəsini seçən məzunlar digərlərinə nisbətən daha çoxluq təşkil edir. Sinfin yetirmələrinin həkim, müəllim, mühəndis və digər sənət sahibləri olması onlara dərs deyən müəllimlərin əvəzsiz əməyinin səmərəli nəticəsidir. Məzunlar məktəb illərinin xoş xatirələrini bölüşüb, qazandıqları uğurlara görə müəllimlərinə borclu olduqlarını bildiriblər.30 ilin xatirələri Mirvari müəllimə şagirdlərinin qazandıqları uğurlara, Vətən üçün gördükləri işlərə görə sevincini ifadə edib, bu günün onun üçün ən fərəhli bir gün olduğunu deyib.
Dərs prosesindən sonra məktəbin akt zalında görüşün şirin xatirələri, nostalji məqamları müzakirə olunub.
Sonda məzunlar adından sinif rəhbərləri Mirvari Musayevaya Təşəkkürnamə təqdim edilib, xatirə şəkilləri çəkilib.30 ilin xatirələri
Elnarə Günəş

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!