• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Cümhuriyyətin 100 illiyi qeyd olunub

Cümhuriyyətin 100 illiyi qeyd olunub

Yazar Ismayilli
//
07 iyun 2018
//
//
Oxunub 93
//
25 may 2018-ci il tarixində İsmayıllı Uşaq Gənclər İnkişafı Mərkəzində, İsmayıllı Rayon Təhsil Şöbəsinin "Cümhuriyyət ili"nin tədbirlər planına uyğun olaraq "Azərbaycan Xalq Cümhuriyyəti 100" adlı tədbiri keçrilib. Cümhuriyyətin 100 illiyi  qeyd olunubTədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova və RİH əməkdaşları, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və Təhsil Şöbəsinin əməkdaşları, məktəblilər və müəllimlər iştirak edib.
Tədbiri Giriş nitqi ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, ötən əsrin əvvəlində ziyalılarımız nümunəvi cəmiyyət yarada bildi, Müsəlman Şərqinin ilk demokratik respublikası məhz Azərbaycanda quruldu, qadınlara seçki hüququ verildi. Cümhuriyyətin 100 illiyi  qeyd olunub
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini Sevil Əhmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin tariximizə göstərdiyi diqqət v qayğıdan söz açıb. Bildirib ki, bu tarixi həqiqətlər müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıb. Cümhuriyyətin 100 illiyi  qeyd olunubDövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin dövlətçilik, müstəqillik ənənələrimizi yaşatmağımızdan, tariximizə verilən dəyərdən qaynaqlanır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətinə də sadiqliyini göstərir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Cümhuriyyətin 100 illiyi  qeyd olunub
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması, onlarda tarixin salnaməsində iz qoyub getmiş, dövlətçilik ənənələrini formalaşdırmış Azərbaycan Xalq Cümhuriyyətinin dəyərinin çatdırılmasıdır. Həmçinin natiq vurğulayıb ki, Prezidentin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.Cümhuriyyətin 100 illiyi  qeyd olunub
Daha sonra UGİM dərnəklərində təhsil alan məktəblilərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib. Sonda Cümhuriyyət tarixini əks etdirən videoçarx və film nümayiş olunub.
Elnarə Günəş
AJB-nin üzvü

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!