• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əlifba bayramı qeyd olunub

Əlifba bayramı qeyd olunub

Yazar Ismayilli
//
07 iyun 2018
//
//
Oxunub 81
//
İsmayıllı rayon T.Xanadanov adına Qalacıq Kənd tam orta məktəbində birinci sinif şagirdlərinin “Biz dünyanın sevinciyik” adlı əlifba şənliyi baş tutub. Əlifba bayramı qeyd olunub
Məktəbin birinci siniflərinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra şagirdlər Qara Qarayevin “Vals” sədaları altında ana dilə, azadlıq, müstəqilliyə həsr olunmuş ana vətənə, yurda sevgidən bəhs edən şeirlər söyləyiblər. Uşaqlar tədbirin gedişatında yallı elementlərindən istifadə olunmuş rəqs ifa ediblər. Əlifba şənliyinin iştirakçıları kitabların dəyərinə, düşüncəyə, təfəkkürə aid atalar sözü və aforizmlər söyləyiblər.Əlifba bayramı qeyd olunubTədbirin axırında məktəbin direktoru Rusan Qasımov çıxış edərək şagirdləri, müəllimləri, valideynləri bayram münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. Şənlik valideynlərin və balacaların ürəyincə olub. Əlifba bayramı şənliyi birincilərin ifasında “Bayram” süitası ilə başa çatıb.Əlifba bayramı qeyd olunub
Sədəf Mikayılova,
İsmayıllı Rayon Təhsil Şöbəsnin metodisti

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!