• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Cümhuriyyətin 100 illiyi qeyd olunub

Cümhuriyyətin 100 illiyi qeyd olunub

Yazar Ismayilli
//
01 iyun 2018
//
//
Oxunub 89
//
23 may 2018-ci il tarixində İsmayıllı Rayon Lahıc qəsəbə tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şanlı İstiqlal tariximiz” adlı tədbir keçirilib. Cümhuriyyətin 100 illiyi qeyd olunub“Cümhuriyyəti İli”nin tədbirlər planına uyğun olaraq təşkil olunan tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, İqtisad elmləri doktoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, fənn müəllimləri, şagirdlər və qəsəbə sakinləri iştirak edib. Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Hikmət Haqverdiyev Azərbaycan Respublikasının şanlı istiqlal tarixi haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Cümhuriyyətin 100 illiyi qeyd olunub
Daha sonra çıxış edən İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tədbirin əhəmiyyətindən danışaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın azadlıq, müstəqilik ideyalarının reallaşması kimi dəyərləndirib. Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edən R.Orucov Ulu Öndərin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimizin başçısının 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizə verilən ən böyük qiymətdir. Natiq həmçinin Azərbaycan tarixinin və mədəniyyətinin və milli-mənəvi dəyərlərin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı nəinki ölkə daxilində, eləcə də bütün dünyada və aparıcı beynəlxalq qurumlar çərçivəsində müxtəlif mövzularda tədbirlər keçirilir, kitablar nəşr olunur.
Sonda, məktəblilərin təqdimatında şeirlər, və ədəbi-bədii kompozisiya, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
R.Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!