• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Öndərə həsr olunmuş “Kitab bayramı”

Öndərə həsr olunmuş “Kitab bayramı”

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 81
//
İsmayıllıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar, bütün yaşayış məntəqələrini, ümumtəhsil məktəblərini, idarə, müəssisə və təşkilatları əhatə edən məzmunca zəngin, formaca rəngarəng tədbirlər keçirilib. Öndərə həsr olunmuş “Kitab bayramı”
Öndərə həsr olunmuş “Kitab bayramı”
Öndərə həsr olunmuş “Kitab bayramı”
Öndərə həsr olunmuş “Kitab bayramı”                    May ayının 10-da şəhər əhalisi Ulu öndərin Mərkəzi meydandakı abidəsini dərin ehtiramla ziyarət edib. Rayon İcra Hakimiyyəti adından abidənin önünə əklil qoyulub. Ziyarətdən sonra Dövlət himni səslənib. RİH-nin başçısı Mirdaməd Sadıqov iştirakçılarla birgə “Kitab bayramı” çərçivəsində təşkil edilmiş müxtəlif tərtibatlı sərgilərlə tanış olub, uşaq bağçaları və ümumtəhsil müəssisələrinin milli mənəvi,
etnoqrafik və tarixi dəyərləri təcəssüm etdirən lövhələrinə, ifa olunan rəqslərə, şagirdlərin asfalt üzərində çəkdikləri rəsmlərə baxıb.
Mədəniyyət mərkəzinin təşkil etdiyi konsert bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb. “Kitab bayramı”nda fəal iştirakları ilə İsmayıllı sakinləri Ulu öndərin xatirəsini daim əziz tutduqlarını, onun müəyyən etdiyi yüksəliş yollarına sadiq olduqlarını bir daha nümayiş etdiriblər.
Azər Bədəlov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!