• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Fəal ictimai xadim, qayğıkeş ana

Fəal ictimai xadim, qayğıkeş ana

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 72
//
İsmayıllı rayonunda yubiley tədbirləri çərçivəsində Rayon Mədəniyyət sarayında görkəmli alim, professor, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Fəal ictimai xadim, qayğıkeş ana
Fəal ictimai xadim, qayğıkeş ana                 Çıxış edənlər görkəmli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Akademikin respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını bildiriblər.
Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyi qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanımın görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olduğunu bildirib. Akademikin oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər dünya oftalmologiya elminin inkişafına töhfələr verib.
Tədbirdə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan film nümayiş olunub.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!