• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İsmayıllıya səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İsmayıllıya səfər edib

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 43
//
Almaniyanın Azərbaycan Respublikasındakı səfiri Mixael Kindsqrab Azərbaycan Respublikasının regionları və Almaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini nəzərdən keçirilməsi məqsədi ilə İsmayıllı rayonuna səfər edib. Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab İsmayıllıya səfər edib  Səfər çərçivəsində səfir İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruzəli Aslanovla görüşüb. Görüş zamanı səfirə rayonun iqtisadiyyatı, sənayesi, coğrafiyası, milli tərkibi, tarixi barədə geniş məlumat verilib. Səmimi qarşılandıqları üçün qonaq rayon rəhbərliyinə təşəkkürünü bildirib və verilən məlumatlarda onda rayon haqqında zəngin təəssüratın yarandığını bildirib.
Azərbaycanın bölgələrini gəzən səfir iqtisadi sahədə bu bölgələrlə geniş inkişaf əlaqələri yaradacağını və əməkdaşlıq əlaqələri quracağını deyib. Qeyd edib ki, ilk dəfədir İsmayıllıya səfər edib, burada görüşlər keçirirəm. Rayonda kənd təsərrüfatı, iqtisadiyyat və təhsil yüksək səviyyədədir. Ən əsası da burada müxtəlif milli azlıqlar mehriban şəraitdə yaşayırlar. Rayonun üstün cəhətlərindən biri də odur ki, əsrarəngiz təbiəti, turizm baxımından uyğun hava şəraiti çox əlverişlidir.
Mirdaməd Sadıqov səfirə İsmayıllı rayonuna səfər etdiyi üçün təşəkkür edib, bundan sonra əlaqələrin daha da genişlənəcəyinə ümid edib. Sonda rayon İcra Hakimiyyəti tərəfindən səfirə xatirə hədiyyələri təqdim edilib.
Əfqan Səlimov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!