• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər

Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 57
//
İsmayıllı rayonunda ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans aprelin 25-də öz işini davam etdirib.Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər
Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər                 “Dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkili“ mövzusunda panel formatında keçirilən konfransda rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev mövzunun əhəmiyyətini yüksək qiymətləndirib. R.Ağayev bu cür tədbirlərin dini radikalizmlə mübarizədə effektiv vasitə olduğunu qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, respublikamızda istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını vurğulayıb. Din sahəsində qarşıda duran məqsədlərə, xüsusilə dini-ideoloji, milli və ictimai təhlükəsizlik baxımından hədəflərə toxunan G.İsmayılovun sözlərinə görə, dini radikalizmlə ideoloji mübarizə sahəsində müəllimlərin və ziyalıların üzərinə böyük məsuliyyət düşür.
İslamdakı birlik və həmrəylik anlayışının dünyada analoqu olmadığını da diqqətə çatdıran sədr müavini deyib ki, müsəlmanların qardaşlıq anlayışı milli, irqi və sosial fərqliliyin fövqündə dayanır. İslam dünyasındakı məzhəblərarası qarşıdurmalardan danışan G.İsmayılov bildirib ki, məzhəb qovğasının kökündə cahillik dayanır. Yalnız müsəlmanların istər dini, istər dünyəvi elmi artıqca məzhəbçilik və cahillik aradan qalxa bilər və buna gedən yol isə maarifləndirmədən keçir.
Ənənəvi İslamın zəifləməsi və dinin siyasiləşdirilməsi kimi problemlərdən də danışan G.İsmayılov vurğulayıb ki, dinin siyasiləşdirilmısi yolverilməzdir. Dövlət Komitəsinin sədr müavininin sözlərinə görə, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılıq nəzərdə tutulur. Vurğulayıb ki, bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar.
Multikulturalizm və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olduğunu vurğulayan G.İsmayılov multikultural cəmiyyətə əsas təhdid hesab olunan dini radikalizm və ekstremizmin fəsadlarından və bu kimi halların qarşısının alınması yollarından da bəhs edib. Dini radikalizmlə mübarizə çərçivəsində görülən işlər haqqında məlumat verən sədr müavini bununla bağlı aparılan mübarizə tədbirlərindən danışıb.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov çıxışlarında dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyinə toxunublar.
Daha sonra çıxış edən digər natiqlər dinə və dindarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
M.Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!