• Ana səhifə |
Subscribe by RSS or RUS
» » “Göylərdə döyüş” filminin təqdimatı keçirilib

“Göylərdə döyüş” filminin təqdimatı keçirilib

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 36
//
Tarixi düşmənlərimiz onları işğala təhrik edən güclərin köməyi ilə Şuşanı və başqa yerləri təcrid etmişdi, yollarını kəsmişdi. Paytaxtla əlaqə yalnız hava nəqliyyatı vasitəsi ilə həyata keçirilirdi. Əslən rayonun Pirəbilqasım kəndindən olan Ərəstun Mahmudovun bort mühəndisliyi etdiyi vertalyot şuşalıların köməyinə çatmaq istəyirdi, amma çata bilmədi, sonuncu oldu. İşğalçılar səmada vertalyotu vurdular.  “Göylərdə döyüş” filminin təqdimatı keçirilib
 “Göylərdə döyüş” filminin təqdimatı keçirilib                       Ekipaj və sərnişinlər şəhid oldular. Ərəstun Mahmudova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Təhsil aldığı Bakı şəhərindəki 220 nömrəli məktəb indi Qəhrəmanın adını daşıyır. Vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulub. İsmayıllı şəhərinin böyük bir küçəsinə Ərəstun Mahmudovun adı verilib.
Azərbaycan Mətbuat Şurası “Bitməmiş müharibənin qəhrəmanları” silsiləsindən “Göylərdə döyüş” filmini çəkməklə Milli Qəhrəmanın mənəvi abidəsini ucaldıb, onu daha geniş miqyasda tanıdıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti və Mətbuat Şurasının təşkilatçılığı ilə şəhər Mədəniyyət mərkəzində “Göylərdə döyüş” filminin təqdimat mərasimi keçirilib. Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Mətbuat Şurasının rəhbərliyinə, filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. Milli Qəhrəmanların, şəhidlərin ailələrinə, Qarabağ müharibəsi əlillərinə rayonda böyük ehtiram, diqqət və qayğı ilə yanaşıldığını, onların problemlərinin həlli üçün gündəlik tədbirlər görüldüyünü deyib. Milli Qəhrəmanın ailəsinə hörmət və ehtiramını bildirib, onları İsmayıllıda gördüyündən məmnun qaldığını deyib.
Azərbaycan Mətbuat Şurasının sədri, Millət vəkili Əflatun Amaşov çıxışında belə filmlərin çox böyük tərbiyəvi, səfərbəredici əhəmiyyət kəsb etməsindən danışıb. Qeyd edib ki, yaxın keçmişi bu günə gətirməklə gələcəyin əsil vətənpərvər insanlarını tərbiyə etmiş oluruq. Mətbuat Şurası vətənpərvərlik ideyalarının daha geniş miqyaslı təbliği məqsədilə belə filmlərin çəkilməsini davam etdirəcək.
Bu çıxışlardan sonra film nümayiş etdirilib.
Müəllif Bəxtiyar Qaraca “Göylərdə döyüş” filminin üzərində işləməyindən, böyük vətəndaşlıq məsuliyyəti ilə Ərəstun Mahmudovun ailə üzvləri ilə söhbət və çəkilişlər aparmasından danışıb. Qeyd edib ki, Mətbuat Şurasının dəstəyi ilə “Bitməmiş müharibənin qəhrəmanları” silsiləsi davam etdiriləcək.
Milli Qəhrəmanın qızı, Aviasiya Akademiyasının məzunu Mehriban xanım, uçuş yoldaşı və dostu Bayram Maqsudov çıxış ediblər. Məktəblilər döyüş, vətənpərvərlik və Qələbə ruhlu şeirlər söyləyiblər.
Beş saylı tam orta məktəbin şagirdləri hərbi formada marşın sədaları altında əldə Dövlət Bayraqları salona daxil olublar. Müğənni Sahibə Abdullayeva “Yaşa, yaşa, Azərbaycan” mahnısını ifa edib.
Həmyerlilərinin Qəhrəmanın ruhuna dərin hörmət və ehtiramının təcəssümü olan “Göylərdə döyüş” filminin təqdimat mərasimi həm də əsil vətənpərvərlik dərsi olub.
Murad Məhərrəmov

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!