• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Təlim-məşq yerinə baxış keçirilib, lazımi tapşırıqlar verilib

Təlim-məşq yerinə baxış keçirilib, lazımi tapşırıqlar verilib

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 42
//
30 aprel 2018-ci il tarixində İsmayıllı Peşə Tədris Mərkəzində geniş səpkili görüş keçirilib. Görüşün məqsədi Beynəlxalq Qızıl Xaç hərəkatının yaranması günü münasibəti ilə “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində FHN və Az.QAC qarşılıqlı simulyasiya təlim-məşqinə hazırlıq prosesinin müzakirəsi olub. Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç hərəkatı may ayının 8-də yaradılıb. Təlim-məşq yerinə baxış keçirilib, lazımi tapşırıqlar verilib                           Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev, FHN-nin Baş Əməliyyat İdarəsinin mütəxəssisi Namiq Abdullayev, FHN Qəbələ Regional Mərkəzinin əməkdaşları, Şimal-Qərb Regional Mərkəzinin Mülki Müdafiə Şöbəsinin rəisi Eldəniz Mehdiyev, İsmayıllı Yanğından Mühafizə Xidmətinin rəisi İlkin Cəfərov, Xüsusi riskli xilasetmə şöbəsinin rəisi Elvin Qocayev və həmçinin Az.QAC-nin prezidentinin müşaviri, layihə rəhbəri Elşən Səlimzadə, icraçı katibin müavini Xalidə İsgəndərova, QAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova da iştirak edib. Beynəlxalq müşahidəçilərin də iştirak edəcəyi bu geniş səpkili təlim-məşqində görüləcək işlər müzakirə edilib. Təlim-məşq yerinə baxış keçirilib, iştirakçı qurumlara lazımi tapşırıqlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!