• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Yubiley ərəfəsində maarifləndirici tədbir

Yubiley ərəfəsində maarifləndirici tədbir

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 24
//
Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyətindən ibarət qrup İsmayıllı rayonunda yerləşən Ağdam rayonu 30 nömrəli köçkün tam orta məktəbinə və ulu öndər Heydər Əliyevin adını daşıyan İvanovka kənd tam orta məktəbinə səfər ediblər. Yubiley ərəfəsində maarifləndirici tədbir
Yubiley ərəfəsində maarifləndirici tədbir                  Səfər zamanı “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda maarifləndirici tədbirdə
Dillər Universitetinin 3 tələbəsi və əməkdaşlarından Aida Yusifzadə, Kifayət Hacıyeva və Xəyalə Ağayeva iştirak ediblər.
Səfərdə əsas məqsəd Cümhuriyyətin 100 illiyinə həsr olunmuş maarifləndirici tədbir keçirmək olub. RİH aparatının əməkdaşı Gülnarə Mirzəliyeva qonaqları müşayət edib.
Universitetin əməkdaşları hər iki məktəbdə Azərbaycan Xalq Cümhuriyyətindən, ümummilli lider Heydər Əliyevin müstəqilliyin bərpası fonundakı tarixi xidmətlərindən danışıblar.
Tədbirdə iştirakçıların Cümhuriyyətə aid sualları ətraflı cavablandırılıb.
G.Mirzəliyeva

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!