• Ana səhifə |
Subscribe by RSS or RUS
» » İsmayılov İsrayıl Cəbrayıl oğlu

İsmayılov İsrayıl Cəbrayıl oğlu

Yazar Ismayilli
//
30 may 2018
//
//
Oxunub 434
//
İsmayıllı rayon ictimaiyyətinə və səhiyyə işçilərinə ağır itki üz vermişdir.
Həkim, çoxillik əmək təcrübəsi ilə tibb elminin incəliklərini əməli işdə bacarıqla tətbiq edən cərrah-ankoloq İsmayılov İsrayıl Cəbrayıl oğlu dünyasını dəyişmişdir.
İsmayılov İsrayıl Cəbrayıl oğlu     1954-cü ildə Talıstan kəndində anadan olan İ.İsmayılov 1971-ci ildə orta təhsilini başa vurub. 1976-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1982-1983-cü illərdə Bakı şəhərində Təcili yardım xəstəxanasında cərrahiyyə ixtisası üzrə internaturanı bitirib. 1983-1994-cü illərdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında həkim, cərrah-ankoloq vəzifəsində çalışıb.
Yüzlərlə insanın yenidən həyata qayıtmasında gərgin və səmərəli əmək sərf edən İ.İsmayılov daim biliyini artırıb, peşəsinin zirvəsinə ucalıb, müasir tibbi yeniliklərə yiyələnib.
İsrayıl İsmayılov 1994-cü il tarixdən İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini və baş həkim vəzifədə çalışıb. İ.İsmayılov çoxillik əmək fəaliyyəti zamanı vəzifəsini həmişə yüksək bacarıqla icra edib.
İnsanlara qayğı, xəstələrə şəfanı seçdiyi sənətin mənası hesab edən həkimin peşəkarlığı rayon rəhbərliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin diqqətini cəlb etdiyi üçün fəaliyyəti dövründə çoxsaylı Fəxri fərmanlar və Təşəkkürnamələr almışdır.
Bütün ömrünü müqəddəs peşəyə sərf etmiş dəyərli, peşəkar, unudulmaz həkimlərdən biri İ.İsmayılov ömrünün ən mənalı illərini Rayon Mərkəzi Xəstəxanasında cərrah, onkoloq-həkim kimi əmək fəaliyyətini davam etdirmiş, rayonun ictimai-siyasi həyatında nümunəvi vətəndaşlığı, natiqliyi, gənclərin hamisi kimi tanınmışdır.
Cəmiyyətdə yüksək vətəndaşlıq mövqeyi tutmağa müvəffəq olmuş İ.İsmayılovun işıqlı, əziz xatirəsi onu tanıyanların xatirəsində uzun müddət yaşayacaqdır.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun.
İsmayıllı Rayon İcra Hakimiyyətinin aparat işçiləri,
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının kollektivi

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!