• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Əminlik ifadə edən mitinq-konsert

Əminlik ifadə edən mitinq-konsert

Yazar Ismayilli
//
27 may 2018
//
//
Oxunub 69
//
Mart ayının 28-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən mitinq-konsert keçirildi. Əminlik ifadə edən mitinq-konsert
Əminlik ifadə edən mitinq-konsert                        Mitinqdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı, Prezidentliyə namizəd cənab İlham Əliyevin vəkili Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru, Prezidentliyə namizəd cənab İlham Əliyevin vəkili Misir Mərdanov, Azərbaycan Dillər Universitetinin rektoru, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Prezidentliyə namizəd cənab İlham Əliyevin vəkili Nurlana Əliyeva, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının İdarə Heyətinin üzvü Rəna Əliyeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının məsul işçisi Həsən Daşdəmirov iştirak etdilər.
Tədbiri YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova açdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin yaratdığı strategiya, inkişaf konsepsiyası bütövlükdə son 15 il ərzində daha da inkişaf etdirilib, zənginləşdirilib, təkmilləşdirilib. Bu gün qürur və iftixar hissi ilə etiraf etdiyimiz möhtəşəm inkişaf varislik prinsipi əsasında Heydər Əliyev siyasətinin məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə əlaqədardır.
Natiq sadalanan faktları nəzərə alan İsmayıllı seçicilərinin növbəti dəfə də Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə etimad göstərəcəklərinə əminlik ifadə etdi.
Görüşdə N.Aslanov, M.Mərdənov, N.Əliyeva, R.Əliyeva çıxış edərək bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verdiyini bildirdi.
YAP Mərkəzi Seçki Qərargahının üzvləri cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimizin daha da artacağını, ölkəmizin daha yüksək qələbələrə imza atacağını nəzərə çatdırdılar.
Mitinq konsert proqramı ilə davam etdi.

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!